ABŞ müdafiə naziri İraqın baş naziri ilə görüşüb + FOTO

Çərşənbə 8 Mart 2023 - 14:05
https://az.iswnews.com/?p=19630

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ müdafiə naziri öncədən elan olunmamış səfərlə Bağdada daxil olub və İraqın baş naziri ilə görüşüb və söhbət edib.

ABŞ müdafiə naziri Lloyd Ostin martın 7-də Bağdadda İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə iki tərəf İraq və ABŞ-ın birgə əməkdaşlığını, həmçinin İraq təhlükəsizlik qüvvələrinin terrorizm və İŞİD terror qruplaşması ilə mübarizədəki fəaliyyətini müzakirə ediblər.

İraqın baş naziri bu görüşdə bəyan edib ki, İraq hökuməti Amerika Birləşmiş Ştatları ilə əlaqələri gücləndirməkdə və bütün səviyyələrdə və sahələrdə möhkəmləndirməkdə israrlıdır. Hökumətin yanaşması region və dünya ölkələri ilə ümumi maraqlara və suverenliyə hörmətə əsaslanan balanslaşdırılmış münasibətlərə riayət etməkdir. İraqın sabitliyi regionun təhlükəsizliyinin açarıdır.

ABŞ müdafiə naziri bəyan edib ki, ABŞ İraqın sabitliyini dəstəkləyir və iki ölkə arasında münasibətləri gücləndirməyə və bütün sahələrdə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır.

Qeyd edək ki, bu səfər Lloyd Ostinin Qərbi Asiya regionuna səfər planında onun İraqa səfərindən bəhs edilmədiyi və yalnız İordaniya, Misir və işğal olunmuş Fələstinə gedəcəyi qeyd edildiyi bir vaxtda baş tutub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir