Ərəbistanın şərqində yanğın baş verib + FOTO və VİDEO

Şənbə 4 Mart 2023 - 15:55
https://az.iswnews.com/?p=19565

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərində saatlarla uzun çəkən yanğın baş verib.

Dünən 3 mart tarixində axşam saatlarında Səudiyyə Ərəbistanı mediası ölkənin şərqində yerləşən sənaye şəhəri Dammamda baş verən yanğınla bağlı xəbər yayıb və yanğınsöndürənlərin bir neçə saat sənaye şəhərindəki yanğını söndürməyə çalışdığını bildirib.

Lakin Yəmənin Əl-Samoud saytı öz mənbələrinə istinadən yazıb ki, bu yanğın yəmənlilərin raket hücumundan sonra baş verməsi ehtimalı çoxdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir