İran dünya okean sularında güc nümayiş etdirir + VİDEO

Cümə axşamı 2 Mart 2023 - 16:17
https://az.iswnews.com/?p=19494

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi SNN TV xəbər agentliyinə istinadən xəbər verir ki, Braziliyanın paytaxtı Rio-de-Janeyra limanının məsul qurumu tərəfindən verilən bəyanatda bildirilir ki, İranın Makran və Dena adlı iki hərbi gəmisi, bu ölkənin limanına daxil olub.

Bazar günü fevralın 26-da İranın Makran və Dena adlı iki hərbi gəmisi, Braziliyanın limanına daxil olub.

Bəzi xəbər mənbələri daha əvvəl məlumat vermişdi ki, Braziliya, ölkə prezidentinin Vaşinqtona səfəri ərəfəsində Amerikanın təyziqinə təslim olmuş və yanvarın sonunda İranın hərbi gəmilərinin Braziliyaya məxsus limanda lövbər salması istəyini rədd etmişdi.

Buna baxmayaraq, Braziliya Xarici İşlər Nazirliyinin sözçüsü, bəzi xəbər mənbələrinin, İran hərbi gəmilərinin ölkənin dəniz limanına yan almasında baş verən gecikmənin, Amerikanın təyziqi səbəbindən olduğu barədə iddiasını təkzib edib.

İrana zidd medialar isə bildirib ki, İran gəmilərinin Braziliya sahillərində olması ABŞ üçün təxribat xarakterli hərəkətdir.

İranla diplamatiq əlaqələrin qurulması, Braziliya prezidenti Lulanın əvvəlki prezidentlik müddətində, ölkənin beynəlxalq mövqelərini gücləndirmək vədlərindən biri olub.

İran, son zamanlar hərbi donanmasını gücləndirməklə, okean sularında aktivliyini kəskin şəkildə artırıb. Belə ki, İran gəmiləri müntəzəm olaraq Atlantik, Hind və Sakit okeanında hərəkət edərək, Amerikaya göz dağı verir. Sözsüz ki, Amerika bu aktivlikdən narahatdır. Lakin ABŞ bilməli idi ki, hərbi gəmilərini öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşdirməklə, gələcəkdə düşmənlərinin də eyni taktikanı seçməsinə səbəb ola bilər. Bugün İran, açıq şəkildə dünya okean sularında güc nümayiş etdirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir