Türkiyənin Sincara yenidən dron hücumu; İki YBS üzvü öldürülüb + FOTO

Çərşənbə 1 Mart 2023 - 18:59
https://az.iswnews.com/?p=19461

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Neynəva əyalətinin qərbində yerləşən Sincar şəhərinin mərkəzində Türkiyənin bir avtomobilə dron hücumu nəticəsində Sincar Müqavimət Qüvvələrinin iki üzvü öldürülüb.

Türkiyəyə məxsus dronların İraqdaki kürd silahlılarının komandirlərinə qarşı əməliyyatlarının davamında bir neçə saat bundan öncə Neynəva vilayətində Sincar polis idarəsi qarşısındakı avtomobili hədəfə alması nəticəsində 2 nəfər həlak olub.

Kürdüstan Regional Terrorla Mübarizə İdarəsinin məlumatına görə, Sincar Müqavimət Qüvvələrinin (YBS) cəbhə komandirlərindən biri mühafizəçisi ilə birlikdə bu gün Sincar şəhərinə Türkiyəyə aid dronun hücumu nəticəsində həlak olub. Bəzi mənbələr bu komandirin adını “Şirzad Qirani” kimi qeyd etmişlər.

Bu ana qədər Sincar Müqavimət Qüvvələri (YBS) komandirləri Türkiyənin bugünkü hücumu ilə bağlı cavab verməyib. Görünən odur ki, Türkiyə silahlı qüvvələri İraq və Suriyadakı kürd qruplarının komandirləri və əsas fiqurlarına qarşı bir müddət dayandırılan sui-qəsd əməliyyatlarını bərpa edib.

Xatırladaq ki, fevralın 27-də Türkiyə dronları Neynəva əyalətinin qərbində yerləşən Sincar şəhərinin kənarındakı Xanə-Sur bölgəsində bir avtomobili hədəfə almışdır. Nəticədə Həşd-Şəəbi Təşkilatının 80-ci briqadasının komandiri Pir Ceko iki nəfər ilə birlikdə şəhid olmuşdur.

Daha çox oxuyun: Türkiyənin Sincarın ətrafına dron hücumu; Həşd-Şəəbinin cəbhə komandiri şəhid oldu + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir