Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Dördüncü Hissə

Yılmaz
Yazar:Yılmaz
Bazar ertəsi 27 Fevral 2023 - 19:40
https://az.iswnews.com/?p=19398

Oxuyacağınız məqalədə azərbaycanlı jurnalist, şəhid Çingiz Mustafayevin bənzərsiz şəxsiyyətindən bəhs edilir. Bir neçə hissədən ibarət olan bu məqalə, Qarabağ müharibəsi hadisələrini işıqlandırarkən, Xocalı soyqırımının həqiqi təfərrüatlarını açıqlayır.

Soyqırım zamanı Qarabağın siyasi və hərbi vəziyyətinin araşdırılması
(Şəkil: Şəhid Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş möhür)

Azəri qüvvələrinin Ağdam və Şuşa şəhərlərində cəbhə vəziyyəti:
İkinci hissədə qeyd etdiyiniz kimi, Xocalının icra hakimi “Elman Məmmədov” Çingizə müsahibəsində bildirdi ki, bizim şəhərdə müqavimət göstərmək üçün silahımız yox idi və ermənilərin diqqətini pozmaq üçün biz ermənilərin mövqelərini Ağdam və Şuşa şəhərlərindən atəşə tutmalı olduq.
Azərbaycan ordusunun Qarabağ bölgəsindəki əsas qərargahı Xocalıdan 14 kilometr aralıda yerləşən Ağdam şəhəri idi.
Şuşa Xocalıdan 20 km, Xankəndidən isə cəmi 7 km məsafədə, əməliyyat ərazisinə baxan yüksəklikdə yerləşirdi.

Bəs Şuşada və Ağdamda yerləşən qüvvələr niyə hərəkətə keçmədi?

Ağdamdakı qüvvələr üç batalyondan ibarət idi. Bu batalyonlara Allahverdi Bağırov, Şirin Mirzəyev və Yaqub Rzayev komandanlıq edirdilər.

“Azərbaycan Xalq Cəbhəsi”nin (AXCP/APF) ən radikal liderlərindən olan Rəhim Qazıyev soyqırım zaman Şuşa şəhərinin müdafiə əməliyyatlarına rəhbərlik edirdi.
Ayaz Mütəllibovun Xocalı hadisələri ilə bağlı keçirilən dinləmələrində 30 dəqiqə hökumətin əleyhinə danışan Rəhim Qazıyev, Azərbaycan Xalq Cəbhəsi lideri olan Əbülfəz Elçibəyin işə başlamasından sonra, müdafiə naziri kimi təyin olundu.
Rəhim Qazıyev Xocalı sakinlərinin xilasetmə əməliyyatına müdaxilə olunmaması ilə bağlı silah-sursat və ağır texnikanın olmamasından bəhs edir. Baxmayaraq ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri süqut etdikdən sonra, yəni soyqırımdan 3 ay sonra şəhərin kilsə və həbsxanasında erməni silahlı qüvvələri tərəfindən minlərlə Qrad raketi (ən azı 12 min ədəd) qənimət götürüldü. Çoxları Qazıyevi və onun tabeliyində olan əsgərləri Qrad raketlərindən istifadə etməməkdə günahlandırır və hesab edir ki, Xalq Cəbhəsi üzvləri bu raketlərdən qəsdən istifadə etməyib. Buna səbəb isə soyqırımın törədilməsi və Ayaz Mütəllibovun hökumətinin buna görə süqut etməsi olub.

Şuşa şəhərinin süqutunun 20-ci ildönümü ilə bağlı video №1-də Qazıyev Şuşa şəhərinin süqutunun qarşısını almaq üçün niyə raketlərdən istifadə olunmaması ilə bağlı aparıcıya cavab olaraq iki məqama diqqət çəkir.
1- Xocalı soyqırımından sonra raketlər Uzun Dərədəki erməni silah-sursat anbarı ələ keçirilərək əldə olunmuşdur.
2- Şuşa şəhərinin süqutu zamanı BM21 tipli hər iki Qrad atıcı sistemi sıradan çıxmışdır.

Video №1; Şuşa şəhərinin süqutunun 20-ci ildönümü
O vaxtkı müdafiə naziri Rəhim Qazıyevin Qrad raketlərinin şəhərdə necə əldə olunması və istifadə edilməməsinin səbəbləri ilə bağlı izahatları.

Rəhim Qazıyevin martın 5-də (Mütəllibovun istefasından bir gün əvvəl) parlamentdəki çıxışında soyqırım zamanı Ağdam şəhərinin idarə olunması şəraiti təsvir olunur.
Video №2 Mütəllibovun Ağdam şəhərindəki hərbi vəziyyətlə bağlı dinləməsindəki Qazıyevin çıxışından bir hissədir.
Rəhim Qazıyev bəzi əsas məqamları qeyd edir:
1- Ağdam şəhərində bir və vahid komandanlığın olmaması
2- Silahlı qüvvələrin bir-biri ilə hərbi qarşıdurması
3- Təchizatların təyinat yerinə çatmasında şəhər rəsmilərinin mane olması
4- Şəhərin Eldar adlı siyasi xadimlərindən birinin qətlə yetirilməsi. Qazıyev əmindir ki, Eldar sağ qalsaydı, şəhərdə xaos hökm sürməzdi.
Qazıyev hesab edir ki, yuxarıda qeyd olunan problemlər olmasaydı, martın 5-ə qədər süqut etmiş bütün şəhər və kəndləri bir yox, iki dəfə fəth etmək olardı.

Video №2 – 5 mart 1992-ci il
Ayaz Mütəllibovun dindirilməsi
Şuşa şəhər müdafiə əməliyyatlarının komandanı Rəhim Qazıyevin Ağdam şəhərinin hərbi vəziyyətini təsvir etməsi

Qazıyev Eldar dedikdə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağdam şəhərində təsisçisi Eldar Bağırovu qəsd edirdi. Eyni zamanda, Eldar Bağırov Qarabağda münaqişələrin başlaması ilə Ağadamda Azərbaycan Xalq Cəbhəsi batalyonunu yaradan və bu qüvvələrin komandanlığını qardaşı Allahverdi Bağırova həvalə edən Ağdam şəhərinin Azərbaycan parlamentindəki nümayəndəsidir.

O, Xocalı hadisəsindən bir neçə ay əvvəl Bakıda parlamentin iclasından qayıdarkən evinin qarşısında qətlə yetirilib.

İttihamlar prezident Ayaz Mütəllibov və Kommunist Partiyasının sədrinə yönəlir. Ayaz Mütəllibovun devrilməsindən dərhal sonra Ağdamdakı Xalq Cəbhəsi qüvvələri Bakıya nümayəndə heyəti göndərərək Eldarın sui-qəsd işində Əbülfəz Elçibəyin müdaxilə etməsini tələb edirlər.

Qısa desək, Allahverdi və onun tabeliyində olan qüvvələr Ayaz Mütəllibovun qəti əleyhinədirlər.

Qarabağ münaqişəsi başlayandan sonra bir qrup qohum-əqrəbasını başına toplayan Ağdamın digər hərbi komandiri Yaqub Rzayev Allahverdini özünə rəqib hesab edir. Rzayevdən əldə olunan bir neçə müsahibədə onun sözlərində təkəbbür hissi aydın şəkildə görünür və o, özünü ermənilərlə döyüşən yeganə şəxs hesab edir. O, hesab edir ki, indiki hakimiyyətin niyyəti ermənilərə qarşı mübarizə aparmaq deyil.
Polkovnik-leytenant Şirin Mirzəyev Sovet İttifaqı Ordusunda dövrə görmüş hərbçidir. Yazıçının Şirin Mirzəyevin siyasi əqidələri haqqında o qədər də məlumatı yoxdur. Ümumilikdə demək olar ki, Ağdam şəhərində hərəkətlərin başında duran Allahverdi Bağırovun komandanlığında olan qüvvələr olub.

Təsadüf yoxsa hiylə?
Bu komandirlərin taleyi yazıçıya qəribə gəlir. Tarixlərə fikir verin və özünüz hökm çıxarın:

14 iyun 1992-ci il: Allahverdi Bağırov Naxçıvanlının (Xocalı soyqırımı yerlərindən biri) azad edilməsi uğrunda döyüşün ortasında zəruri bir işi yerinə yetirmək üçün Ağdama çağırılır. Geri qayıdarkən o və yoldaşlarının avtomobili minaya düşür və həlak olurlar.

15 iyun 1992-ci il: Naxçıvanlıdan qayıdan Çingiz Mustafayev Ağdam batalyonunun bəzi üzvləri ilə rastlaşır, əsgərlər ona deyirlər ki, sən ancaq göstərməyi bilirsən, hər gələndə bir neçə video çəkib qaçırsan. Kişisənsə gəl, gedək cəbhəyə. Çingiz əsgərləri müşayiət edərək şəhid olmasının videosunu lentə alır. (Video №3 Çingizin şəhadət anını göstərir)
Çingizin qardaşı Vahid Mustafayevin 1999-cu ildə çap olunmuş xatirələrini buradan oxuyun: (Məqalə ingilis dilindədir)

Documenting the Horrors of Karabakh – Chingiz Mustafayev in Action

Video №3 – Çingizin çəkdiyi son görüntülər
Şəhid olma anı və Bakıda cənazənin ailəyə təhvil verilməsi

18 iyun 1992-ci il: Naxçıvanlı yaxınlığında Şirin Mirzəyevin avtomobili minaya düşür və o, həlak olur.

Ağdam şəhərinin digər komandiri Yaqub Rzayevin mövcud olan son videosu 1992-ci ilin martına, Xocalı soyqırımından biraz sonraya təsadüf edir. Rzayev vertolyot faciəsi ilə bağlı parlament araşdırması zamanı təqsirli bilinir və həbs olunur.

CNN-in müxbiri Osman Mirzəyevin qızı Sevinc Osmanqızı Mirzəyevanın verdiyi məlumata görə, Yaqub Rzayev həbsxanada etiraf edib ki, Tamerlan Qarayevin göstərişi ilə beynəlxalq sülh danışıqları qrupunu daşıyan helikopteri məhv edib.

Yaqub Rzayev nəhayət həbsxanada öldürülür və onun etirafları vertolyot faciəsi ilə bağlı Milli Məclisin İstintaq Komissiyasının rəhbəri olmuş Tamerlan Qarayev tərəfindən aradan aparılır. [İmkan dairəsində vertolyot faciəsi ilə bağlı ayrıca və ətraflı yazı veriləcək.]

Azərbaycan qüvvələrinin soyqırıma müdaxilə etməsi və ya soyqırımı alqışlamasından məqsədi nə idi?
Bütün sübutlar göstərir ki, Xocalı soyqırımında hərbi əməliyyatlarda ermənilər qəfildən hücuma keçməyiblər. Bu iddianın şahidi Xocalının icra hakimi Elman Məmmədovdur. O, dəfələrlə açıq şəkildə Ağdamda fəaliyyətdə olan Azərbaycan qüvvələrinin mərkəzi qərargahından və hər bir mümkün kanaldan kömək istədiyini bəyan edib. (Müsahibənin tam videosu ikinci hissədə mövcuddur.)

Rəhim Qazıyevin açıqlamalarına görə, ən azı Xocalıya qarşı hücum əməliyyatı keçirmək üçün Ağdamda kifayət qədər silah və qüvvə var idi.
Azəri qüvvələrinin “Soyqırımı alqışlamaq” və ya “Soyqırımda iştirak etmək” motivi kimi göstərilən əsas səbəb Xalq Cəbhəsi ilə Kommunist Partiyası arasında hakimiyyət uğrunda gedən siyasi rəqabətdir.

Azərbaycan Xalq Cəbhəsi pantürkist və panazərbaycançı meyilli ünsürlərdən ibarətdir və açıq şəkildə Mütəllibov hakimiyyətinə qarşı çıxır.

Bu düşmənçiliyin dərinliyini ifadə etmək üçün bunu demək kifayətdir ki, 1992-ci il mayın 14-də parlament Mütəllibovun Xocalı Soyqırımında ittiham olunmasında bəraət qazanması və öz işinə qayıtması üçün səsvermədən sonra (çoxları bu səsverməni Kommunist Partiyasının parlamentdəki lobbisinin nəticəsi hesab edir.) Xalq Cəbhəsi qüvvələri Qarabağı tərk edərək Bakıya axışaraq parlamenti mühasirəyə alaraq dövlət radio və televiziyasını ələ keçirərək dövlət çevrilişinə başladılar və mayın 15-də Mütəllibov Rusiyaya qaçmalı oldu. (Video № 4 və 5)

Video №4
15 may 1992-ci il
Ayaz Mütəllibovun parlamentə qayıtması və Azərbaycan Xalq Cəbhəsinin Mütəllibova qarşı çevrilişi
Video №5
15 may 1992-ci il
Çevrilişdə İsgəndər Həmidovun fəal iştirak etməsi
O, Əbülfəz Elçibəy hökumətində daxili işlər naziri vəzifəsinə təyin edildi.

1991-ci il noyabrın 20-də sülh danışıqları aparan qrupun helikopterinin məhv edilməsi zamanı Xalq Cəbhəsinin üzvləri Mütəllibovu uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilmədilər. Bu hadisə zamanı içərisində 22 nəfərin olduğu Mil 8 helikopteri Azərbaycanla Qarabağ Respublikası arasında sərhəd xəttində yerləşən Qarakənd kəndinin səmasında hədəfə alındı. Rusiya, Ermənistan, Türkmənistan və Qazaxıstan nümayəndələri ilə yanaşı, Mütəllibovun çoxlu əməkdaşları və siyasi tərəfdaşları öldürüldü. Ermənistan tərəfi hadisənin günahkarı kimi tanınsa da, atası hadisədə öldürülən Sevinc Osman qızı Mirzəyeva kimi müstəqil mənbələr azəri qüvvələrin bu hadisədə əli olduğunu sübut edən sənədləri təqdim edir.

Xocalı Soyqırımı ilə bağlı mühakimə olunan yeganə azərbaycanlı məmur Fəhmin Hacıyev o vaxtkı müdafiə naziri Şahin Musayevin Qarabağdakı nümayəndəsidir.

Əbülfəz Elçibəyin tərəfdarı olan o, Xocalı mühasirəsinin yarılması əməliyyatının başlanması əmrini verməmək ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilir. Amma bir neçə il sonra Avropa İnsan Haqları Şurasının Məhkəməsi onu siyasi məhbus kimi tanıyıb və azadlığa buraxılmasına səs verib.

2005-ci il fevralın 19-da azadlığa çıxdıqdan sonra Fəhmin Hacıyev Rusiyanın Monitor analitik həftəlik nəşrinə deyib: (Azadlıq Radiosuna istinadən)
Heydər Əliyev (o zaman Naxçıvan parlamentinin sədri) öz nümayəndələrini Ağdama göndərərək, komandirləri hakimiyyətə gələnə qədər silahlarını yerə qoymağa inandırmışdı.
Hacıyev onu da iddia edirdi ki, Xocalının icra hakimi Elman Məmmədov soyqırım ərəfəsində Naxçıvana gedib və Heydər Əliyevlə razılaşaraq Xocalı soyqırımına zəmin yaradıb. [Elman Məmmədov Naxçıvana səfərin və Heydər Əliyevlə görüşün əsasını təsdiq edir, lakin o, bu səfərin Soyqırım ərəfəsində deyil, Soyqırımdan 3 ay əvvəl və Xocalıda vəziyyətin pisləşdiyini Naxçıvan parlamentinə bəyan etmək üçün edildiyini bildirib.]

Əvvəllər deyildiyi kimi, hadisənin təqsirkarlarının müəyyən edilməsinə Milli Məclisin istintaq və təhqiqat komissiyası Tamerlan Qarayev rəhbərlik edirdi. Çox keçmədi ki, Ramiz Fətəliyev [İncəsənət xamidi, kinorejissor, siyasətdən uzaqlaşmış sabiq millət vəkili] bu komissiyanın sədri oldu.
O, Azadlıq radiosuna verdiyi müsahibədə deyir: “Xocalı soyqırımı ərəfəsində çobanlar mal-qarasını şəhərdən çıxara bilmişdilər. Bu isə o deməkdir ki, şəhərdən çıxış yolu var idi. Müdafiə nazirinin Qarabağdakı nümayəndəsi kimi Fəhmin Hacıyev bu məsələdən xəbərdar idi”.

O əlavə edir:
“Soyqırımdan 4 gün əvvəl, fevralın 22-də prezident, baş nazir, KGB rəhbəri və başqalarının iştirakı ilə Milli Təhlükəsizlik Şurası adı altında iclas keçirildi. Həmin iclasda elan olundu ki, insanların şəhərdən çıxarılması erməniləri şəhərə girməyə təhrik edəcək. Buna görə də sakinləri boşaltmamaq qərarına gəlirlər”.

Xocalı Soyqırımı ilə bağlı Azərbaycanda müxtəlif siyasi qruplaşmaların lehinə və ya əleyhinə olan o qədər sitatlar, rəvayətlər, müsahibələr var ki, bəlkə də onların hamısını nəzərdən keçirmək üçün bir neçə cildlik ensiklopediya tərtib etmək lazım gələr, lakin bu məlumatların nəticələri buna gətirib çıxarır ki, siyasətçilər və hərbi qüvvələr üçün Xocalı əhalisinin həyatı o qədər də önəmli deyildi!

Bəs insanların həyatının əhəmiyyətsizliyinin səbəbi nədir?

Bu cavaba çatmaq üçün Xocalı əhalisinin tərkibinə nəzər salmaq kifayətdir.

Xocalı hazırda ermənilərin əlindədir. 1000 nəfərdən bir qədər çox əhalisi var. Əslində bu şəhərin normal həyat sürmək imkanı sayı 2000 nəfərdən də azdır. 1989-cu ilə qədər bu saxlanılıb və şəhərin əhalisi 1000 nəfərdən bir qədər çox olub, lakin Qarabağ münaqişəsinin başlaması ərəfəsində Azərbaycanda kəndin demoqrafik tərkibini dəyişmək məqsədi ilə 2000 Özbəkistandan sürgün edilmiş Msxeta türkü və Ermənistandan qovulmuş 2000 azəri Xocalıya yerləşdirir və Xocalı birdən-birə şəhərə çevrilir.

İkinci hissədəki videomüsahibədə icra hakimi Elman Məmmədov Xocalının əhalisinin 7 min nəfər olduğunu, hücum gecəsi şəhərdə ən azı 3 min nəfərin olduğunu açıqlayıb.

Black Garden (Qara Bağ) kitabında Thomas De Waal 172-ci səhifənin beşinci abzasında xilas edilən sakinlərdən olan Salman Abbasova istinadən yazır:

“Several days before the events of the tragedy the Armenians told us several times over the radio that they would capture the town and demanded that we leave it. For a long time helicopters flew into Khojali and it wasn’t clear if anyone thought about our fate, took an interest in us. We received practically no help. Moreover, when it was possible to take our women, children, and old people out of the town, we were
persuaded not to do so”.

“Soyqırımdan bir neçə gün əvvəl ermənilər radio ilə dəfələrlə hücumun yaxın olduğunu elan edərək şəhəri tərk etməyimizi istədilər və ordumuz vertolyotları Xocalının üzərində dəfələrlə uçuşlar apararaq vəziyyətə nəzarət etdikləri vaxt heç kimi öz taleyindən narahat görmürdük. O vəziyyətdə nəinki bizi xilas etmək üçün heç bir addım atılmadı, heç bir yardım almadıq, ən pisi isə qadınların, uşaqların, qocaların getməsi mümkün olanda bizi qalmağa təşviq etdilər”.

Xocalının icra hakimi Elman Məmmədovun sözlərinə görə, 4000 nəfər Xocalı sakini hücum gecəsinə qədər müxtəlif yollarla şəhəri tərk edə bilmişdilər. (O bildirib ki, vertolyotla cəmi 200-300 nəfər çıxıb.) Milli Məclisin İstintaq Komissiyasının rəhbəri Ramiz Fətəliyevin verdiyi məlumata görə, çobanlar hətta mal-qaralarını da şəhərdən çıxara bilmişdilər.

Erməni iddialarına görə, hücum gecəsi şəhərdə qalanların böyük bir hissəsinin azəri mənşəli olmayan Msxet türkləri olublar. Hətta ermənilər bu barədə Msxet türklərlə videomüsahibə də yayımlayıblar. Ermənilərin iddialarına baxmayaraq, Msxet türklərinin və Ermənistandan qovulan azərilərin Xocalıya hücum gecəsi orada olmaları uzaq görsənmir. Çünki İrəvandan qovulmuş azərilərin və Msxet türklərinin ətraf şəhər və kəndlərdə qohum-əqrəbası yox idi. Digər tərəfdən, hakimiyyət şəhəri boşaltmamaq qərarına gəlmiş idi. Şübhəsiz ki, qurbanlıq üçün Msxet türklərindən və İrəvandan qovulan azərilərdən daha yaxşı variant olmayıb…

Azəri qüvvələri üçün Soyqırımda “rəğbət” və ya “iştirak etmək” üçün sayıla biləcək başqa bir motiv, ermənilərin 1915-ci il qırğınları ilə müqayisədə genişmiqyaslı və çox şiddətli bir Soyqırım baş verməsi ilə Türkiyənin əlində təzyiq rıçağının olması idi. Necəki hal hazırda bu rıçaq Türkiyənin ixtiyarındadır. Hər il olduğu kimi Azərbaycanın böyük xərclərlə dünyanın müxtəlif yerlərində “Xocalıya Ədalət” (justice for khojaly) kampaniyası keçirilir.

Əslində, Xocalı Soyqırımı bir tərəfdən Əbülfəz Elçibəyin başçılıq etdiyi Azərbaycan Xalq Cəbhəsini Azərbaycanda açıq-aşkar pantürkist meyllərlə Türkiyənin xeyrinə hakimiyyətə gətirdi. Digər tərəfdən də Türkiyə üçün ermənilərə qarşı təzyiq rıçağı oldu.

Ardı var…

22.11.2017

Daha çox oxuyun:
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Birinci Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – İkinci Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Üçüncü Hissə

P.s: Yazar iranlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir