Əl-Dər Əl-Vətən qüvvələri Həzərmuta göndərilir

Bazar ertəsi 20 Fevral 2023 - 20:22
https://az.iswnews.com/?p=19172

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Yəmənin Həzərmut vilayətinin şimalından Cənub Keçid Şurası Silahlılarının çıxarılması və bu ərazilərə Əl-Dər Əl-Vətən qüvvələrinin yerləşdirilməsi əmrini verib.

Fevralın 19-da Səudiyyə koalisiya qüvvələrinin komandanlığı Əl-Dər Əl-Vətən (Vətən Müdafiəçisi) qüvvələrinin səhra və Vadi Həzərmut bölgəsinə yerləşdirilməsinə göstəriş verib. Bu sərəncamın icrasının birinci mərhələsi Cənub Keçid Şurasının silahlı qüvvələrinin Həzərmut əyalətinin şimal rayonlarından çıxarılmasını və Seiyun şəhərinin ətrafında yerləşən Benin, Heru və Cəsmə bölgələrində hərbi mövqelərin boşaldılmasını, ikinci mərhələ isə Səudiyyə müşavirlərinin nəzarəti və komandanlığı altında Əl-Dər Əl-Vətən qüvvələrinin bu ərazilərə yerləşdirilməsidir.

Bu qüvvələr Əl-Dər Əl-Vətəninin 5-ci Briqadası adı altında silahlı Həzərmut qəbilələrindən yaradılıb. Onların komandiri İsa Bamumen adlı şəxsdir.

Səudiyyə Ərəbistanının bu plandakı məqsədlərini qısa olaraq iki hissədə xülasələşdirmək olar:

1- Cənub Keçid Şurasının silahlı üzvlərinin Həzərmut əyalətindən çıxarılması

2- Həzərmut neft yataqlarına nəzarət

Bunların hamısı Cənub Keçid Şurasının neft hasilatına səlahiyyəti azalmasına gətirib çıxarır.

Qeyd edək ki, Cənub Keçid Şurası qüvvələri Əbyən əyalətində İslah partiyasının mövqelərini ələ keçirdikdən sonra öz silahlılarını Əl-Mukalla şəhərində yerləşdirdi. Özbaşınalıqlarla Həzərmut vilayətinin mərkəzi və şimalındakı neft yataqlarına və rayonlarına doğru hərəkət edərək, bu əyalətə nəzarəti ələ keçirə və Yəmənin cənubunun parçalanması planını irəli sürməyə çalışdı. Lakin Yəmənin cənubunda Ərəbistanın və Seiyun cəbhəsində isə İslah Partiyasının müqaviməti ilə üzləşdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir