Bayden Ukraynaya səfər etdi + FOTO

Bazar ertəsi 20 Fevral 2023 - 18:36
https://az.iswnews.com/?p=19162

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya gözlənilməz səfəri zamanı Kiyevdəki Mariinski sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Amerika mətbuatının məlumatına görə, ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək və danışmaq üçün bu gün yerli vaxtla səhər saat 8:00-da Kiyevə daxil olub. Bu, Baydenin Ukraynaya səkkizinci və bu ölkədəki müharibədən sonra ilk səfəridir.

Zelenski ilə söhbətdən sonra Bayden Mixail Mərkəzi kilsəsini və Ukrayna ordusunun şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Amerika prezidenti həmçinin medialar ilə söhbətində Ukraynanın tezliklə 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacağını açıqlayıb. Bu paketə artilleriya sursatları, tank əleyhinə sistemlər, radar və Himars sistemləri daxildir və bu paketin təfərrüatları sabah çərşənbə axşamı günü, fevralın 21-də açıqlanacaq. Bayden həmçinin bildirib ki, ABŞ Rusiya xüsusi əməliyyatları ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

ABŞ prezidentinin Ukraynaya elan edilməmiş səfəri ABŞ rəsmilərinin son bir həftə ərzində dəfələrlə təkzib etmələri kölgəsində və tam məxfi şəraitdə həyata keçirilib ki, bu da Ukraynada təhlükəsizlik təhdidlərinin davam etdiyini göstərir. Bu hallara baxmayaraq, Bayden Rusiya-Ukrayna müharibəsinin başlanmasının ildönümü ərəfəsində Kiyevə səfər edib və bu, Rusiyaya siyasi və hərbi baxımdan mühüm mesaj verir. Bu səfər Ukraynaya hərtərəfli dəstək göstərmək üçün lazım idi və Baydenin bəyanatında da gördüyümüz kimi Amerika Ukraynanı dəstəkləmək üçün siyasi-iqtisadi-hərbi koalisiyaya başladı ki, son 75 ilin Avropada ən böyük müharibəsində qalib gələ bilsin.

Avropa ölkələrinin rəsmilərinin Ukraynaya səfərinə diqqət ketirməklə, bu səfər çox güman ki, Polşadan keçməklə və sərnişin qatarı ilə həyata keçirilib.

Daha çox oxuyun: Zelenski Amerikaya səfər etdi; Patriotun Ukraynaya göndərilməsi təsdiqləndi + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir