Amerika tələsində çırpınan NATO – Gürcüstanı müharibəyə çəkmək istəyirlər

Bazar ertəsi 20 Fevral 2023 - 17:48
https://az.iswnews.com/?p=19152

Rusiya-NATO müharibəsi dünyanın siyasi arenasında baş verən hadisələrə çox ciddi təsir göstərməkdədir. Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi NATO-nu yeni planlar üzərində baş sındırmağa vadar edir. Belə ki, şiddətli döyüşlər zamanı istifadə olunan silah-sursat və insan resursu sürətlə azalan istiqamətə doğru hərəkət edir.

Yeni qərara əsasən, Ukraynada kişilər üçün səfərbərlik yaşı 16-75 arası müəyyən edildi. Bu azmış kimi, artıq 18-45 yaş arasında olan qadınlar da səfərbərliyə cəlb olunacaq. Ukrayna bu qərarla canlı qüvvələrinin sayını xeyli artırmış oldu.

Lakin, ən mühüm məsələ budur ki, əl-qolu bağlanaraq məcburi şəkildə cəbhəyə göndərilən insanların necə vuruşacağı və onların döyüş ruhiyyəsinin hansı səviyyədə olacağı sual altındadır.

Bununla paralel, Rusiyaya tətbiq olunan sanksiyaların Avropa dövlətlərinə vurduğu ziyan artıq öz sözünü deməkdədir. Rusiya neftinə qoyulan sanksiyalara görə, Avropa dövlətləri başqa neft ixracatçıları ilə ticarət etməyə məcbur olublar.

Hal-hazırda Rusiyanın alternativi olaraq Hindistan, Avropa dövlətlərinin neft ehtiyacını ödəyən önəmli fiqurlardan biridir. Lakin, burda da müəmmalı bir məqam var. Belə ki, Avropa dövlətlərini neftlə təmin edən Hindistan cari ilin yanvar ayında Rusiyadan gündəlik 1,4 milyon barel neft idxal edib. Deməli Hindistan Rusiyadan ucuz qiymətə aldığı nefti Avropa dövlətlərinə baha qiymətə satmaqla, böyük gəlir əldə edir. Avropa dövlətləri isə, nefti baha almaqla öz iqtisadiyyatlarına fasiləsiz şəkildə ziyan vurmağa davam edirlər.

Bununla yanaşı qaz və kömürün qiymətlərinin hədsiz dərəcədə artması, Avropa istehsal sahəsini ciddi şəkildə geriyə aparır. Digər bir tərəfdən, NATO arsenalındakı silahları ABŞ-ın təhriki ilə Ukraynaya təhvil verməyə məcburdur. Ukrayna isə öz növbəsində cəbhə xəttində sursatları ildırım sürətilə istifadə edir. Belə ki, bütün NATO dövlətlərinin bir ay ərzində istehsal etdiyi silahı, Ukrayna bir həftəyə istifadə edir.

Müharibə bu sürətlə davam edərsə, yaxın gələcəkdə NATO-nun düşəcəyi vəziyyəti təsəvvür etmək heç də çətin deyil. Bahalaşan enerji xərclərinə görə, həm silah-sursat istehsalı ciddi təhlükə ilə üzləşir, həm də investorlar sürətlə Avropa bazarını tərk edir. Amerika bir tərəfdən NATO dövlətlərini müflis və tərki silah etməyə çalışdığı halda, digər tərəfdən Avropa bazarını tərk edən investorları öz ölkəsinə cəlb etməyə çalışır. Bu Amerika üçün olduqca mühüm məsələdir.

Hamıya məlumdur ki, Amerika Çinlə iqtisadi yarışdadır və belə bir vəziyyətdə investorların ölkəyə cəlb olunması, Amerika üçün göydəndüşmə şansdır. Hal-hazırda Avropa birliyini düşündürən əsas məsələ mövcud vəziyyətdən xilas yoludur.

Ən yaxşı xilas yolu isə, Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Əbəs yerə deyil ki, Gürcüstan rəsmiləri Ukraynanın Gürcüstanı Rusiya ilə müharibəyə təhrik etməsi barədə açıqlama verib. Gürcüstan höküməti isə, əsla belə bir qarşıdurmaya getmək fikrində deyil. Görünən budur ki, gürcülər 2008 hadisələrindən yaxşı nəticə çıxarıblar.

Avropa birliyi böyük burulğanın cəngindən qurtulmaq üçün baş sındırsa da, məsələnin yaxın gələcəkdə həll olunacağı heç də real görünmür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir