Amerika işğalçılarının İraqdakı logistika karvanına hücum oldu
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq müqavimət dəstələri Səlahəddin əyalətində Amerika işğalçılarının logistika karvanına hücum etdi.
Bu ay üçüncü dəfə ABŞ-ın Salahəddin əyalətində hərbi logistika karvanı İraq müqavimət dəstələrinin hücumuna məruz qalıb. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bundan əvvəl, fevralın 6-də Əl-Müsənna əyalətində yerləşən Səmavə şəhərində “Beynəlxalq Müqavimət” dəstəsi amerikalı işğalçıların logistika karvanına hücum etmişdi.
Daha çox oxuyun: İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub
Bu hücum bir neçə saat əvvəl İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Münxen Təhlükəsizlik Konfransında İraqın xarici döyüş qüvvələrinə ehtiyacı olmadığına işarə edərək, İraqda xarici müşavirlərə ehtiyac olduğunu vurğulayarkən baş verib. İraq hökuməti və yüksək rütbəli rəsmilərin xarici əsgərlərin, xüsusən də Amerika qüvvələrinin ölkədən çıxarılması ilə bağlı ciddi addım atmaması səbəbindən İraqın müqavimət dəstələrinin İraqın müxtəlif bölgələrində Amerika əsgərlərinin mövqeləri və karvanlarına qarşı hücumlarını artıracaqları ehtimal edilir.
Bu, yanvarın 12-dən İraqda amerikalılara qarşı yeni müqavimət hücumlarının başlamasından bu yana İraq müqavimət dəstələrinin amerikalı işğalçıların İraqdakı logistik karvanlarına qarşı beşinci hücumudur.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İraq müqavimət dəstələrinin 2022-ci il martın 21-dən indiyədək Amerikanın logistik mövqelərinə və konvoylarına qarşı həyata keçirdiyi 53-cü hücumudur. Həmçinin 2021-ci il martın 21-dən indiyədək “Səlahəddin” əyalətində Amerika işğalçı karvanlarına və mövqelərinə qarşı 39 hücum həyata keçirilib.
Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları
Rəy