Yəməndə baş verən son hadisələr, 16 Fevral 2023

Cümə axşamı 16 Fevral 2023 - 21:18
https://az.iswnews.com/?p=19010

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ədən şəhərində Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası arasında toqquşmaların artması fonunda İslah partiyasının silahlıları Əbyən əyalətində yerləşən Şəqrə şəhərinin ətrafındakı əvvəlki mövqelərinə nəzarəti ələ alıblar.

1- Ədən:
– Cənub Keçid Şurasının komandirlərindən Muxtar Əl-Nubi BƏƏ medialarının birinə müsahibəsində deyib: “Cənub Keçid Şurası qüvvələrinin açıq vəzifələri və konkret məqsədləri var, o da cənub torpaqlarını azad etmək, onu müdafiə etmək və sui-qəsdlərə qarşı mübarizə aparmaqdır”. O əlavə edib: “Hazırda onların vəzifələrinin arasında cənub sərhədləri xaricində döyüşlərə girmək üçün yer yoxdur və onların növbəti böyük hədəfi Həzərmutu Yəmənin istefa vermiş hökuməti nəzarətindən azad etməkdir”.
– Fevralın 14-də, istefa vermiş Yəmən hökumətinin Ticarət və Sənaye Palatasının rəhbəri Əbu Bəkr Baabid: “Bir çox ticarət gəmiləri Ədəndən Əl-Hudəydə istiqamətinə marşrutlarını dəyişib. Bu narahatlıq doğurur və tacirlərə bu dəyişiklik barədə xəbərdarlıq verilib”.

Daha çox oxuyun: Ənsarullah sındırıcı cavab verdi

2- Ləhic:
Qavə və Rəəs Əl-Arə məntəqələri arasında yerləşən Cəbəl Xəzərdə Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası tərəfdarı olan qəbilələr arasında baş verən toqquşma nəticəsində hər iki tərəfdən 15 nəfər ölüb və yaralanıb. Bu, Əl-Dər Əl-Vətən qüvvələrinin Ləhic əyalətində Cənub Keçid Şurasının tərəfdarları ilə ilk silahlı qarşıdurmasıdır. Onlayn xəritədə baxın

3- Əbyən:
Cənub Keçid Şurasının Əbyən əyalətində mövqelərinin zəifləməsindən sonra İslah Partiyası silahlıları Şəqrə şəhərinin ətrafında Əl-Ərqub və Qaran Əl-Kələsi bölgələrində əvvəlki mövqelərini yenidən nəzarətə götürüb. Cənublular onların mümkün hücumlarına qarşı çıxmaq üçün Əbyən əyalətinin mərkəzi Zəncibar şəhərində qüvvələrini hazır vəziyyətə gətirib.

4- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 147 dəfə pozub.
– Son 48 saat ərzində Səudiyyə koalisiyasının dronları Ənsarullahın Hays rayonundakı mövqelərini 6 dəfə bombalayıb.

5- Səədə:
Səudiyyə koalisiyasının son 15 gün ərzində Mənbə, Şədda, Qətabir və Baqim sərhəd rayonlarını atəşə tutması və artilleriya hücumları nəticəsində 8 mülki şəxs şəhid olub, 12-si afrikalı mühacir olmaqla 50-dən çox insan yaralanıb.

6- Fevralın 22-də Türkiyə parlamenti bu ölkənin silahlı qüvvələrinin Ədən körfəzi və Ərəb dənizindəki missiyasının daha bir il müddətinə 10 fevral 2024-cü ilə qədər uzadılmasına dair qanun layihəsini təsdiqlədi. Türkiyə silahlı qüvvələri 2009-cu il fevralın 10-dan Ədən körfəzi və Ərəb dənizində yerləşdirilib.

7- İngiltərə hökuməti silah qaçaqmalçılığının qarşısını almaq və Yəməndə sülhü dəstəkləmək bəhanəsi ilə bu ölkə ordusunun daimi dəniz qüvvələrini Yəmən sularında yerləşdirdiyini elan etdi. 153-cü qüvvələrin komandanlığı altında İngiltərə qüvvələri Amerika və Avropa və Ərəb ölkələri ilə əməkdaşlıq edir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir