Amerika koalisiyasının Deyr əz-Zordakı bazası üzərində kəşfiyyat dronu vurulub + FOTO

Cümə axşamı 16 Fevral 2023 - 18:39
https://az.iswnews.com/?p=18993

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerikanın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) görüntüləri dərc edərək Suriyanın Deyr əz-Zor vilayətində yerləşən Koniko qaz yatağı üzərində kəşfiyyat xarakterli dronun vurulduğunu elan edib.

Amerika Birləşmiş Ştatlarının Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) bəyanat yayaraq, İran qüvvələrinə məxsus kəşfiyyat dronunun Deyr əz-Zor əyalətində yerləşən Koniko qaz yatağındakı Amerika koalisiyasının bazası üzərində vurulduğunu iddia edib.

CENTCOM-un bəyanatında deyilir: “Fevralın 14-ü saat 14:30-da Amerika qüvvələri Koniko qaz yatağı üzərində uçan İranın casus dronunu vurub”.

Amerikalılar bu dronun İrana məxsus olduğunu iddia ediblər, halbuki iki fotoşəkilin dərc edilməsi istisna olmaqla, iddiaları üçün heç bir etibarlı sənəd dərc edilməyib.

Qeyd edək ki, Koniko qaz yatağı Deyr əz-Zorun şərqində yerləşir və son aylarda dəfələrlə raket və dron hücumlarının hədəfinə çevrilib. Amerika koalisiyası və Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriyadakı Amerika bazaları ətrafında birgə əməliyyatlarına baxmayaraq, Amerika koalisiyası indiyədək bu hücumları müəyyən edərək onlara qarşı mübarizə apara bilməyib.

Daha çox oxuyun: Suriyadakı Amerika hərbi bazasına iki gün dalbadal raket zərbələri endirilib!

Koniko ilə yanaşı, Suriyadakı bir sıra Amerika koalisiya bazaları, o cümlədən Əl-Ömər, Ət-Tənəf, Əl-Şəddadi və Rumeylan bazaları da müqavimət dəstələri və naməlum şəxslər tərəfindən dron və raket hücumlarına məruz qalıb. Nəticədə bir neçə amerikalı əsgər yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir