Pakistan Ukraynaya silah yardımı etdi

Cümə axşamı 16 Fevral 2023 - 16:23
https://az.iswnews.com/?p=18979

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hindistan qəzeti Pakistanın Almaniya vasitəsilə Ukraynaya digər hərbi silahlarla birlikdə on minə yaxın Qrad raketi göndərdiyini iddia edən təfərrüatları dərc edib.

Hindistanın “Economic Times” qəzeti naməlum mənbələrə istinadən iddia edib ki, Pakistan Polşa üzərindən Ukrayna ordusuna çatmaq üçün Almaniyanın “Emden” limanına “Kəraçi” limanı vasitəsilə ən azı 10 min Qrad raket paketi göndərib.

Bu qəzet xəbərinin davamında yazıb:

“Ukrayna ilə həmsərhəd olan Şərqi Avropanın bəzi ölkələrində yerləşən hərbi şirkətlər Ukraynaya Pakistan istehsalı olan hərbi texnikanın daşıyıcısı kimi çıxış edirlər. Ukrayna həmçinin Pakistana bu yardımlar müqabilində Pakistan ordusunun Mi-17 helikopterlərini təkmilləşdirməyi vəd edib”.

Qeyd edək ki, Pakistan silahlı qüvvələrinin əlində Pakistanın sursat zavodları tərəfindən hazırlanmış çoxlu sayda 122 mm-lik yüksək partlayıcı və qəlpəli artilleriya mərmiləri var. Bu mərmilər Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi sovet istehsalı artilleriya sistemləri üçün çox əlverişlidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir