Məribin şərqindəki qəbilələrlə İslah partiyasının silahlıları arasında qarşıdurma baş verib

Çərşənbə 15 Fevral 2023 - 23:48
https://az.iswnews.com/?p=18964

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyası qüvvələrinin Yəmənin Mərib vilayətinin şərq yolunda yerləşdirilməsi və nəzarət-buraxılış məntəqəsi yaratmasının ardınca Aali-Qəmmad qəbiləsi İslah Partiyası silahlıları ilə toqquşub.

Məribin şərqindəki Keri bölgəsində yerləşən Qəmmad yanacaqdoldurma məntəqəsi yaxınlığında Aali-Qəmmad qəbiləsi silahlıları ilə İslah partiyası silahlıları arasında baş verən qarşıdurma zamanı İslah partiyası silahlılarına məxsus tank və hərbi maşın məhv edilib, azı 5 nəfər həlak olub və yaralanıb. Bu münaqişədən sonra İslah partiyasının silahlıları Katyuşa raketləri və artilleriya ilə Aali-Qəmmad qəbiləsinin evlərinə hücum edib.
Bu qarşıdurma İslah partiyasının Əl-Dər Əl-Vətən (Millətin Müdafiəçisi) qüvvələrinin Məribə daxil olmasının qarşısını almaq üçün qüvvələrini və ağır hərbi texnikasını Məribin şərq yoluna yerləşdirməsindən və yollarda nəzarət-buraxılış məntəqələri qurduqdan sonra baş verib.

Bu toqquşmalar fevralın 11-i şənbə günü başlayıb və 5 günlük sülh razılaşması ilə başa çatıb, lakin son gündən, yəni fevralın 14-də Ubeydə qəbilələrinin Vadi-Ubeydədə hərbi təlimlərinin başlaması ilə tərəflər arasında gərginliklər yenidən alovlanıb. Məribdəki yerli mənbələrin məlumatına görə, Vadi-Ubeydə bölgəsi qəbilələrinin hərbi manevri bu əraziləri nəzarətə götürmək və İslah partiyası silahlılarını Mərib neft yataqlarından çıxarmaqdır.

Bu gərginliyin kökündə istefa vermiş hökumət rəsmiləri ilə İslah partiyasının liderləri arasında fikir ayrılığı dayanır ki, bu da indiyədək İslah partiyası qüvvələrinin Əbyən əyalətindən çıxarılmasına və onların Ətəq şəhərindən geri çəkilmələrinə səbəb olub. Hazırda İslah Partiyası Həzərmut vilayətinin şimalında və Mərib şəhərində mövqelərini qoruyub saxlamağa çalışır. İstefa vermiş hökumət isə Səudiyyə Ərəbistanı, cənub qüvvələri və Əl-Dər Əl-Vətən qüvvələrinin rolu ilə onların gücünü azaltmağı planlaşdırıb.

Onlayn xəritədə baxın

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir