Guardian: “İran Rusiyaya Mühacir-6, Şahid-129 və Şahid-191 dronları göndərdi”.

Çərşənbə 15 Fevral 2023 - 16:36
https://az.iswnews.com/?p=18961

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İngiltərənin “Guardian” qəzeti İranın Rusiyaya 18 dron, o cümlədən, Mühacir-6, Şahid-129 və Şahid-191 dronlarından ibarət yeni yük göndərdiyini iddia edib.

İngiltərənin “Guardian” qəzetinin İran daxilindəki mənbələrə istinadən verdiyi məlumata görə, 10 rus zabit və mütəxəssisdən ibarət Rusiya nümayəndə heyəti 2022-ci ilin noyabrında İranın paytaxtı Tehrana gedib və ən azı 18 hücum dronu sifariş verib. Yükə altı Mühacir-6 və 12 ədəd Şahid 191 və 129 daxil olub. Həmçinin yük, Rusiya Hərbi Dəniz Donanmasının yük gəmisi vasitəsilə Xəzər dənizi yolu ilə və İran hökumətinə aid uçuş reysləri ilə Rusiyaya göndərilib. İran həmçinin rusiyalı istifadəçilərə bu dronlardan istifadə qaydalarını öyrətmək üçün Moskvaya müşavirlər göndərib.

Guardian bu hesabatın mənbələrini dronların satışı, imkanları və istehsal xüsusiyyətlərinin təfərrüatlarını bilən şəxslərin olduğu iddia edib.

İran artıq Rusiyaya Şahid 136 kamikadze dronu göndərib ki, bu da Ukraynanın hərbi gücünə, NATO və ABŞ-ın taktikasına ağır zərbə vurub. Bu itkilər qərbi qəzəbləndirdi və İrana, Müdafiə Nazirliyinin obyektlərinə və bu ölkənin silahlı qüvvələrinə qarşı siyasi, media və hətta hərbi hücumlar dalğası yaratdı.

Daha çox oxuyun: İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə uğursuz hücum; Tehranda və İranın digər şəhərlərində baş verən partlayışların mahiyyəti nə idi? + FOTO və VİDEO

İran və Rusiya arasında hərbi əməkdaşlıq Ukraynadakı müharibədən və Amerika və Avropa ölkələrindən gələn yardım selinin öhdəsindən gəlmək üçün Rusiyanın təsirli silahlara ehtiyacından sonra daha da sürətlənib. Bəzi İran rəsmilərinin rəsmi açıqlamalarına və Qərb mediasının qeyri-rəsmi məlumatlarına görə, İranla əməkdaşlığın bu mərhələsində Rusiya “Su-35” qırıcısı və “Kamov 52” helikopterlərini hücum və kamikadze dronları, həmçinin İranın ballistik raketləri ilə mübadilə etməyi planlaşdırır.

ABŞ və Avropa ölkələrinin geniş yardımı bu müharibədə rus dronlarının əksəriyyətinin vurulmasına və təsirsiz olmasına səbəb oldu və Rusiya ordusu bu zəifliyi kompensasiya etmək üçün İran dronlarını almağa üz tutdu. “Guardian”ın “Mühacir-6”, “Şahid-129” və “Şahid-191” dronlarının Rusiyaya satılması ilə bağlı xəbərinin düzgünlüyünü fərz etsək, qeyd etmək lazımdır ki, bu dronlar İranın keçmişdə ABŞ və Qərbi Asiyada terrorçu qruplaşmalara qarşı regiondakı əməliyyatlarında mühüm rol oynayıb. Həmçinin Rusiya ordusunun Ukraynada quru əməliyyatlarına dəstək vermək iqtidarındadırlar.
Mühacir-6 dronu hücum əməliyyatlarının dəqiq həyata keçirdiyinə baxmayaraq, kəşfiyyat əməliyyatları üçün yüksək təsvir qabiliyyətinə malik olan drondur. Şahid-129 dronuda çoxlu sayda bomba və ya idarə olunan raket daşımaq qabiliyyətinə malikdir ki, bu da Ukraynanın müxtəlif cəbhələrində rusların seçdiyi hədəflərə qarşı ən yüksək dəqiqliklə əməliyyatlar aparmağa imkan verir. Şahid-191 dronuda eyni imkanları başqa səviyyədə həyata keçirməklə Ukrayna ordusunun Rusiya və Krım yarımadasının sərhəd cəbhələrində müdafiəsi üçün ciddi təhlükə ola bilər.

Daha çox oxuyun:
Hərbi Məlumat: Mühacir-6 Döyüş Kəşfiyyat Dronu
Hərbi Məlumat: Şahid-129 Döyüş Kəşfiyyatı Dronu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir