İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə uğursuz hücum; Tehranda və İranın digər şəhərlərində baş verən partlayışların mahiyyəti nə idi? + FOTO və VİDEO

Bazar 29 Yanvar 2023 - 15:37
https://az.iswnews.com/?p=18490

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Müdafiə Nazirliyi bəyanat yayaraq, İranın mərkəzində yerləşən İsfahan şəhərində naməlum Kvadrokopterlərin hərbi obyektə hücumunu dəf edib və zərərsizləşdirdiyini bildirib.

Yanvarın 28-də axşam saatlarında İran daxili və xarici xəbər mənbələri Tehran, İsfahan, Təbriz, Kərəc və Həmədan şəhərlərində bir neçə partlayışın müşahidə edildiyini və eşidildiyini bildirib. Bu partlayışlardan biri Müdafiə Nazirliyinin İsfahan şəhərinin ətrafında yerləşən obyektinə üç kvadrokopter hücumu nəticəsində baş verib və İran silahlı qüvvələrin müdafiə sistemləri onlardan birini məhv etməyə nail olub.

İranın Müdafiə və Silahlı Qüvvələrin Dəstəyi Nazirliyi İsfahanda baş verən partlayış barədə verdiyi bəyanatda bildirir:

“Bu uğursuz hücum 2023-cü il yanvar ayının 28-i yerli vaxtla axşam saat 23:30 radələrində kvadrokopterlərdən istifadə olunaraq baş verdi. Səy və müdafiə tədbirləri nəticəsində bu hücum, müvəffəqiyyətlə dəf edildi.
Bu uğursuz hücumda insan tələfatı olmayıb və emalatxananın dam örtüyünə cüzi ziyan dəyib ki, bu da Allahın lütfü ilə kompleksin avadanlıq və tapşırıqların
a xələl gətirməyib.
Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi möhtərəm İslami İran xalqını əmin edir ki, mərkəzlərimizin güc, iqtidar və təhlükəsizlik istehsal etmək istiqamətindəki fəaliyyətləri sürətlə və ciddiliklə davam edəcək və bu kor-koranə hərəkətlər silahlı qüvvələrin ölkənin tərəqqisi
uğrundakı fəaliyyətlərinin davam etdirilməsinə heç bir təsir göstərməyəcək.

İran Müdafiə Nazirliyinin obyektinin İsfahan ətrafındakı yeri

Onlayn xəritədə baxın

İsfahan şəhərində yerləşən müdafiə obyekti üzərində kvadrokopterlərdən birinin partlaması anı

Bu partlayışla eyni vaxtda Tehran səmasında çoxsaylı ordu təyyarələrinin və qırıcılarının uçuşunu əks etdirən videolar dərc olunub. Çox güman ki, onların bəziləri sərnişin uçuşları və Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərinin zəlzələdən zərər çəkmiş insanlara yardımla bağlı olub. Digər uçuşlar isə ordu qırıcılarının uçuşu ilə əlaqədardır. Həmçinin bir videoda səmada partlayış səsi (dronun məhv edilməsinə bənzəyir), digər videoda isə mahiyyəti aydın olmayan yanğın görünür. Lakin indiyədək İranın səlahiyyətli və hərbi qurumları bu barədə heç bir təfərrüat verməyiblər.

Tehran səmasında partlayış səsi ilə əlaqələndirilən video
Tehrandakı yanğınla əlaqələndirilən video

“İslam Dünyası Xəbərləri”nin araşdırmalara görə, Rəşt, Həmədan və Kərəc şəhərlərində heç bir partlayış baş verməyib və bu şəhərlərin hərbi və sənaye bölgələrində hücumların baş verməsi həqiqətə uyğun deyil.

İran və İsrail arasında kəşfiyyat-təhlükəsizlik müharibəsinin keçmişinə əsasən, bu hücumlar və təxribatların İrandakı sionist rejiminin agentləri tərəfindən həyata keçirildiyi istisna edilmir. İsrail mediası iddia edir ki, fələstinli dəstələrin işğal olunmuş Qüds və işğal olunmuş Fələstinin digər ərazilərində son əməliyyatları İran tərəfindən hazırlanıb və planlanıb.

Daha çox oxuyun: İşğal olunmuş Qüdsdə əməliyyat; 8 sionist öldürüldü

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir