Ukrayna rəsmisi: “Rusiya dron hücumlarının metodunu dəyişib”.

Çərşənbə 15 Fevral 2023 - 15:29
https://az.iswnews.com/?p=18956

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Rusiya ordusunun Ukraynadakı hədəflərə dron hücumları metodunun dəyişdirilməsinə toxunaraq, Moskvanın dron ehtiyatlarının azalma ehtimalını açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat Rusiya ordusunun son günlər Ukraynadakı hədəflərə dron hücumlarında yeni taktika tətbiq etdiyini iddia edib.

İqnatın sözlərinə görə, Rusiya ordusu bir neçə gün əvvəl günortadan sonrakı saatlarda kiçik dron qrupları ilə Ukraynadakı hədəflərə hücum edib. Bu hücum, gecə saatlarında baş verən son irimiqyaslı hücumlardan fərqli olaraq, Ukraynanın hava hücumundan müdafiəsini pis vəziyyətə salmaq məqsədi ilə günortadan sonrakı saatlarda həyata keçirilib, lakin Rusiya bu hücumda məqsədlərinə nail ola bilməyib.

O bildirib:

“Biz Ukrayna Hərbi Hava Qüvvələrində belə qənaətə gəldik ki, Rusiya öz taktikasını dəyişib və irimiqyaslı gecə hücumlarından kiçik dron qruplarından istifadə edilən hücumlara və günortadan sonrakı saatlarda hücumlar rejiminə keçib. Ola bilsin ki, Rusiya dron ehtiyatlarının azalması bu rejim dəyişməsinin səbəblərindən biridir”.

Bununla bağlı Ukrayna kəşfiyyat orqanları iddia edir ki, Rusiya ordusu Ukraynadakı hədəflərə dron hücumları həyata keçirmək üçün xarici qüvvələrdən istifadə edir. Onlar 12 fevral 2023-cü ildə Ukrayna qüvvələrinin mövqelərinə irimiqyaslı dron hücumu zamanı farsların danışıqlarını dinləməyə toxunaraq iddia ediblər ki, bu tip hücumlarda Rusiya ordusu kürd milisləri və əfqan qüvvələrindən kömək alır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir