Ədəndəki qarşıdurmalardan ən son xəbərlər; Cənublular Səudiyyə Ərəbistanına təslim olmaq istəmirlər!

Çərşənbə axşamı 14 Fevral 2023 - 18:08
https://az.iswnews.com/?p=18929

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, cənubluların Əl-Dər Əl-Vətən qüvvələrinə qarşı müqaviməti və Yəmənin Ədən şəhərindəki hərbi bazaların boşaldılmaması ardınca Səudiyyə Ərəbistanı bu şəhərə daha çox əsgər göndərilməsi əmri verib.

BƏƏ səfirinin Ədənə daxil olmasından və onun Əl-Dər Əl-Vətən (Vətənin Müdafiəçisi) qüvvələri ilə Cənub Keçid Şurası arasında vasitəçilik etməsindən sonra bu şəhərdə gərginlik müvəqqəti olaraq dayanıb. Bu münaqişələrin dayandırılmasına baxmayaraq, Cənub Keçid Şurasının liderləri öz qüvvə və texnikasını Ədəndə toplayır. Bu baxımdan cənublu silahlı komandirlərdən olan Muxtar Əl-Nubi Ədənin şərq girişindən bu şəhərə daxil olmaq istəyən istənilən qüvvə ilə qarşı-qarşıya qalacağı ilə hədələyib. Həmçinin cənublu silahlılar Əl-Məaşiq Sarayını (Prezident sarayı) mühasirəyə almaq üçün Krater ərazisinə daxil olmağa çalışırlar.
Bu hərəkətdən sonra istefa vermiş hökumətin prezident şurasının rəhbəri Rəşad Əl-Əlimi və Əl-Əmaliqə qüvvələrinin komandanı, həmçinin istefa vermiş hökumətin prezident şurasının üzvü Əbu Zərə Əl-Muhərrəmi 11 fevral şənbə günü Ədəndəki gərginlikdən uzaq olmaq üçün bu şəhəri Riyada doğru tərk ediblər.

Digər tərəfdən, Hizam Əl-Əmni qüvvələrinin (Cənub Keçid Şurasına bağlı) İsmayıl Əl-Səbihi adlı komandirlərindən biri Əl-Dər Əl-Vətəni qüvvələrinə qoşularaq Əl-Mənsurə məntəqəsində cənubluların mövqelərinin zəifləməsinə səbəb olub. Həmçinin, Cənub Keçid Şurasının silahlı qruplaşmasının Əl-Ənəddə yerləşən komandirlərindən dördü bəzi qüvvələri ilə birlikdə cənublulardan ayrılaraq Əl-Dər Əl-Vətəni qüvvələrinə qoşulub. Yerli mənbələrin məlumatına görə, bu qüvvələrin Cənub Keçid Şurasından ayrılmasına səbəb onların maaşlarının Səudiyyə Ərəbistanı tərəfindən kəsilməsi və bunun müqabilində onlara Əl-Dər Əl-Vətən qrupunda gördükləri işlərə görə iki dəfə çox maaş almalarıdır.

Əl-Dər Əl-Vətən qüvvələri fevralın 12-də Xor Maskar rayonundakı Bədr bazasına doğru hərəkət edərək cənub silahlı qüvvələrinin komandanı polkovnik Əbdürrəhman Əskərdən bu bazanı boşaldıb onlara təhvil verməsini tələb etmişdir. Lakin o, bu tələbi rədd etmişdir. Bədr bazası Ədən Beynəlxalq Hava Limanının təhlükəsizliyinə cavabdeh olan Xor Maskar rayonunda yerləşən digər cənub silahlı qüvvələrinə aid hərbi bazadır.

Ədən hərbi bazalarının təslim olmamasına qarşı cənubluların müqaviməti Səudiyyə Ərəbistanının Həzərmut əyalətindəki Əl-Vədiə sərhəd keçid məntəqəsindən Ədənə daha çox əsgər göndərməsinə səbəb olub. Həmçinin Səudiyyə koalisiyasının komandanlığı Əbyən vilayətinin tabeliyində olan qəbilələrə bu əyalətdə Əl-Dər Əl-Vətən qüvvələrinin formalaşdırılması prosesini sürətləndirməyi əmr edib.

Ədəndə gərginliyin artması tendensiyası səbəbindən Əl-Dər Əl-Vətən qüvvələri ilə cənublular arasında toqquşma ehtimalı çox yüksəkdir. Səudiyyə Ərəbistanı cənublulardan Ədənə tam nəzarəti geri almaq niyyətindədir. Cənub komandirləridə BƏƏ-dən kömək istəməklə Ədəni Ənsarullaha vermək və digər cəbhələri təslim etmək kimi boş təhdidlərlə Səudiyyə Ərəbistanını bu qərardan çəkindirmək niyyətindədirlər.

Daha çox oxuyun:
Yəmənin Ədən vilayətində Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası qüvvələri arasında qarşıdurma başlayıb + XƏRİTƏ
Ədəndəki qarşıdurmalardan son xəbərlər; BƏƏ səfiri cənublulara kömək etməyə tələsdi + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir