Biləcərinin tarixi barədə ətraflı məlumat
Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir.
1936-cı ildə şəhərə ən yaxın kənd olduğu üçün “qəsəbə” statusu almışdır. Bəzi tədqiqatçılar Biləcəri toponiminin türk tayfalarının adı ilə əlaqədar yaranmış etnotoponim olduğunu iddia edirlər.
Tarixçi Əli Hüseynzadə isə “Biləcəri toponiminin etimologiyasına aid” məqaləsində isbat etməyə çalışır ki, bu söz xəzərlərin “Biləzzari” sözü ilə, yaxud da qədim bolqar etnonimi ilə əlaqədardır.
Başqa bir etimologiyaya görə “Biləcəri” hərbi şəhər deməkdir. Bakı kəndi toponimlərinin bir qayda olaraq, fars tərkibi əsasında formalaşdığını nəzərə alsaq görərik ki, Biləcəri əslində iki fars kəlməsindən təşəkkül tapmışdır: «Bala» – hündür, yüksək və «Cər» – uçurum, çuxur sözlərindən, yəni hündür, yaxud dərin çuxur.
Məlum olduğu üzrə Biləcəri dərin bir çuxurdadır. Bakıdan çıxarkən, Biləcəriyə enən eniş buna sübutdur. Biləcəri vaxtilə bakılıların mal-qara saxladıqları və əkinçiliklə məşğul olduqları yer olub. 1893-cü ilin statistikasına görə, Biləcərinin etnik tərkibini tatlar təşkil edirdi.
Rəy