İsrail ordusu Qəzza zolağına hava zərbələri endirdi + VİDEO və FOTO

Bazar ertəsi 13 Fevral 2023 - 15:18
https://az.iswnews.com/?p=18872

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu Fələstin müqavimətinin sionistlər yaşayan Nahal Uz qəsəbəsinə son raket hücumuna cavab olaraq Qəzza zolağındakı hədəflərə hava zərbələri endirib.

Fələstin müqavimətinin Qəzza zolağı ətrafındakı sionistlər yaşayan Nahal Uz qəsəbəsinə son raket hücumundan sonra İsrail rejimi ordusunun hava təchizatları bu gün səhər saatlarında Qəzzə şəhərinin qərb ətraflarında Fələstin müqavimət bazasına 10 raketlə hücum edib. Bu rejimin ordu artilleriyası Beyt Hanunun şərqindəki müqavimət nəzarət qülləsini və Xan Yunisin şərqindəki müqavimət bazasını da hədəfə alıb. Bu hücumda insan itkisi olmayıb.

İsrail ordusunun bu gün səhər Qəzza zolağınadakı hədəfə aldığı yerlər

Fələstin müqavimət dəstələri İsrail rejiminin Qəzza zolağına hava və artilleriya hücumlarına cavab olaraq, bu zolağın yaxınlığındakı sionistlərin Sderot və Nair Am qəsəbələrini raket hücumu ilə hədəfə alıb və bu zaman bu bölgələrdə həyəcan sirenləri çalınıb.

Qeyd edək ki, fevralın 11-də fələstinli müqavimət dəstələri İsrail ordusunun Dəmir Qübbə sistemi tərəfindən zərərsizləşdirilən sionistlərin yaşadığı Nahal Uz qəsəbəsinə doğru raket atmışdır.

Daha çox oxuyun: Fələstin müqaviməti Qəzzanın şərqinə raket zərbəsi endirib + VİDEO

Sionist ordusu Qəzza zolağında Fələstin müqavimət qüvvələrinin mövqelərinə hücumun videosunu yayıb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir