Ukraynada birgə silah istehsalı üçün Kiyev və London arasında məsləhətləşmə gedir

Bazar 12 Fevral 2023 - 22:34
https://az.iswnews.com/?p=18863

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir ingilis qəzeti London və Kiyev hərbi sənayesinin rəsmiləri arasında Ukraynada birgə silah istehsalı üçün danışıqların aparıldığını elan edib.

İngiltərənin Teleqraf qəzeti yazıb ki, İngiltərə hərbi sənayesi rəsmiləri ukraynalı həmkarları ilə bu ölkədə İngiltərə silahlarının istehsalı ilə bağlı müzakirələr aparırlar.

Qəzet yazıb: “Ola bilsin ki, İngiltərə silahları və zirehli texnikası planlara uyğun olaraq Ukraynada istehsal olunsun ki, bu da bu ölkənin NATO ilə əlaqələrinin dərinləşməsi deməkdir. İngiltərə və Ukrayna dövlət hərbi qurumları arasında istənilən razılaşma tərəflər arasında münasibətlərin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə işarədir”.

Bununla əlaqədar olaraq, İngiltərə rəsmiləri avtomobil və silahların lisenziyalı istehsalı üçün birgə tədbirlərə başlamaq məqsədi ilə Ukraynaya səfər ediblər. Digər Avropa hərbi şirkətləri də Ukrayna ilə danışıqlar aparır. İngilislər fransız və alman rəqiblərindən geri qalmaq istəmir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də İngiltərənin paytaxtı Londona səfəri zamanı bu ölkənin baş naziri Rişi Sunak ilə görüşüb və danışıb. Zelenskinin Londona səfəri ilə eyni vaxtda İngiltərə baş nazirinin ofisi bəyanat yayaraq Ukrayna silahlı qüvvələrinin dəniz və hava sahələrində təlimlərini genişləndirmək, o cümlədən qırıcı pilotların və dəniz qüvvələrinin hazırlanması, eləcə də hərbi texnikaların təchiz olunması planının sürətləndirilməsini açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir