On minlərlə sionist Netanyahuya qarşı nümayiş keçirib + FOTO

Bazar 12 Fevral 2023 - 22:08
https://az.iswnews.com/?p=18851

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, on minlərlə sionist, işğal altındakı Fələstinin müxtəlif şəhərlərində ardıcıl altıncı həftə olaraq, İsrail baş nazirinin məhkəmə islahatları proqramına etiraz edib.

Fevralın 11-də axşam saatlarında on minlərlə sionist işğal olunmuş ərazilərin bir sıra böyük şəhərlərində, o cümlədən Təl-Əviv, Hayfa, işğal olunmuş Qüds və Beer-Şevada Netanyahunun məhkəmə islahatları proqramına qarşı nümayiş keçirib. Bu nümayişlə eyni vaxtda İsrail polisi Təl-Əvivin bəzi prospektlərini bağlayıb və ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

İsrail mediasının məlumatına görə, bu nümayişdə bəzi keçmiş İsrail siyasi xadimləri və sionist rejimin müxalif üzvləri də iştirak ediblər.

İşğal olunmuş Fələstinin müxtəlif şəhərlərində hər həftənin şənbə günləri sionistlərin nümayişləri davam edir. Bu mitinqlər İsrail rejiminin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilib və artıq altıncı həftəyə daxil olub. Etirazçılar hesab edirlər ki, İsrailin yeni hökumətinin təklif etdiyi məhkəmə islahatları məhkəmə sisteminin müstəqilliyinə ölümcül zərbə vuracaq.

Daha çox oxuyun: Sionistlərin Netanyahu əleyhinə olan etirazları davam edir + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir