Fələstin müqaviməti Qəzzanın şərqinə raket zərbəsi endirib + VİDEO

Bazar 12 Fevral 2023 - 21:41
https://az.iswnews.com/?p=18845

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri şənbə günü axşam saatlarında sionistlərin yaşadığı Nəhal Uz qəsəbəsini raket hücumu ilə hədəfə alıb.

Fələstin müqavimət dəstələri fevralın 11-də Qəzzanın şərqində yerləşən sionistlərin yaşadığı Nahal Uz qəsəbəsini raket hücumu ilə hədəfə alıb və bu zaman bu ərazidə həyəcan sirenləri çalınıb.

İsrail KİV-lərinin məlumatına görə, Fələstin müqavimət dəstələri İsrail ordusunun Dəmir Qübbə sistemi tərəfindən zərərsizləşdirilən sionistlər yaşadığı Nahal Uz qəsəbəsinə doğru bir raket atıb.

Qəzzədən sionistlərin yaşadığı Nahal Uz qəsəbəsinə raketin atılması

Sionist rejiminin ordusu bu raket hücumuna cavab verməyib və görünən odur ki, bu rejimin hərbi komandirləri Qəzza cəbhəsində sakitçiliyi qorumağa çalışır, diqqəti İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdəki iğtişaşların və anti-İsrail əməliyyatlarının artmamasına yönəldib.

Qeyd edək ki, Fələstin müqavimət dəstələri fevralın 1-də səhər saatlarında işğal altındakı Əsqəlan şəhərini raket hücumu ilə hədəfə almışdır. Bu hücum nəticəsində bir sionist sığınacağa qaçarkən yaralanmışdır.

Daha çox oxuyun: Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket hücumu edib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir