Azərbaycan parlamentinin İrəvandakı nümayəndələri; Ermənilər nə dedilər?

Bazar 27 Fevral 2022 - 10:37
https://az.iswnews.com/?p=1884

Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Avropa İttifaqı Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana səfər ediblər. Azərbaycanlıların Ermənistana ilk səfəri bu ölkənin nümayəndələri tərəfindən müsbət və mənfi reaksiyalarla qarşılanıb.

Milli Məclisin deputatları, AVRONEST PA-da iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov fevralın 21-də İrəvana səfər ediblər. İlk dəfədir ki, Azərbaycan parlament nümayəndə heyəti rəsmi olaraq İrəvana gedir.

Ermənistanda iqtidaryönlü və müxalif olan partiyaların nümayəndələri öz çıxışlarında bu səfərə fərqli reaksiya veriblər.

Bu görüşlərdə İqtisadi inkişaf, hüquqi müddəaların uyğunlaşdırılması Avropa Birliyinin siyasətləri ilə uyğunlaşma, sosial, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri əsas müzakirə mövzusu olub.

Azərbaycana qarşı sərt mövqe

Paşinyan hökumətinə müxalifət partiyalarının təmsilçiləri Azərbaycanın Milli Məclis üzvlərinə qarşı sərt mövqe nümayiş etdiriblər.

“Muftxaram” fraksiyasından nümayəndə Hayek Mamicaniyan və “Ermənistan” fraksiyasından Artur Xaçaturyan Azərbaycanı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və Korona epidemiyası zamanı qadağan olunmuş silahları istifadə etdiyini iddia ediblər.

“Ermənistan” fraksiyasının nümayəndəsi Artur Qazinyan deyib: “Artsax (Dağlıq Qarabağ) ermənilərə məxsus olub və həmişə belə olacaq”.

“Moftaxram” müxalifət fraksiyasının nümayəndəsi Hayek Mamicanian da regionun müstəqilliyini vurğulayıb: Artsax (Dağlıq Qarabağın ərazisi) heç vaxt Azərbaycan Respublikasının sərhədləri daxilində yerləşməyəcək.

Hökumət tərəfdarlarının yumşaq mövqeyi

İclasda iqtidar nümayəndələri müxalifət partiyalarından fərqli olaraq yumşaq mövqe nümayiş etdirməyə çalışıblar.

“Vətəndaş birliyi” fraksiyasının nümayəndəsi Mariya Karapetyan hökumətin siyasəti haqqında deyib: “Regional əlaqələr Ermənistanın birinci prioritetidir”.

Fraksiyanın digər üzvü Tatvik Qasparyan Dağlıq Qarabağın erməni vətəndaşları üçün Covid-19-un qarşısının alınması məsələsini qaldıraraq deyib: “Artsax xalqının Covid-19 peyvəndinə çıxışı yoxdur, bu ciddi problemdir”. Ermənistan Dağlıq Qarabağ əhalisi üçün müəyyən miqdarda peyvənd verib, bu kifayət deyil və qlobal əməkdaşlığa ehtiyacımız var.

Həmin fraksiyanın üzvü Sergis Xandanyan da Azərbaycan nümayəndələrinə bu çətin şəraitdə Ermənistana səfər etdiklərinə, Parlament Assambleyasının işində iştirak etdiklərinə görə təşəkkür edib.

Amma bu fikirlərin kulminasiya nöqtəsi “Vətəndaş Birliyi” fraksiyasının üzvü Qorqen Arsenyanın media ilə söhbətidir ki, bunu Azərbaycan mətbuatı da dərc edib. O deyib: “Hazırda Ermənistanın Atrsaxda heç bir rolu yoxdur və bununla Azərbaycan və Rusiya məşğul olmalıdır.”

Ermənistan qoşunlarının Dağlıq Qarabağ ərazisindən çıxarılmasını ifadə edən Arsenyan qeyd edib: “Azərbaycan hərbi qələbə qazandı və erməni hərbi birləşmələri həmin ərazilərdən geri çəkildi”.

“Vətəndaş Birliyi” fraksiyasını nümayəndəsi həmçinin əlavə edib: Onun siyasi partiyası müharibədən əvvəl sülh və iqtisadi inkişaf yolunu tutmuşdur və həmçinin təhlükələr və münaqişələrdən qurtulmaq üçün yeni platforma yaratmaq lazımdır.

Şəkil: Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Sultan Məmmədovun Ermənistanın İrəvan şəhərində

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir