NATO sammitinin nəticəsi nə oldu?

Bazar 27 Fevral 2022 - 10:18
https://az.iswnews.com/?p=1878

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, NATO Şurası öz iclasında Şuranın “Rusiya ilə Münasibətlərə dair Təsis Qanunu”ndan çıxarılması imzalanıb.

NATO bu qərarını Rusiya tərəfindən 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın ilhaqına, 2014-cü ildə Krımın ilhaqına və indiki hərbi əməliyyata istinad edərək Rusiya tərəfindən “təsis qanunu”nu üç dəfə pozması ilə əlaqələndirib.

Təsis qanunu 1997-ci ilin mayında Rusiya ilə NATO Şurası arasında imzalanmış qanundur. Buna misal olaraq NATO-ya yeni üzv olan dövlətlərin (1997-ci ildən sonra təşkilata daxil olan) ərazisində nüvə silahının yerləşdirilməsinin qadağan olduğunu göstərmək olar.

Bu qanunun pozulması Şimali Atlantika Alyansına nüvə silahlarını, məsələn, Estoniyada (Sankt-Peterburqdan 130 km məsafədə) yerləşdirməyə imkan verir. ABŞ-ın INF-dən çıxmasını nəzərə alaraq yaxın aylarda Leninqrad sərhədi yaxınlığında orta və qısa mənzilli raketlərin yerləşdiriləcəyi də mümkündür.

Şübhəsiz ki, belə bir dəyişiklik Rusiya üçün Ukraynadakı silah anbarlarından qat-qat təhlükəlidir. Avropa və Rusiya sferasında analitiklər hesab edirlər ki, oxşar silahların Kalininqrad vilayətində və ya Belarusda yerləşdirilməsi Amerikanın bu təhlükəsini dəf edə bilməyəcək və yalnız Avropa üçün təhlükə yaradacaq. Rusiyanın buna yeganə simmetrik strateji cavabı raketlərin Latın Amerikasında yerləşdirilməsidir ki, bu da gözləniləndən çox uzaqdır. Latın Amerikasında sonuncu dəfə strateji raketlər Sovet dövründə, 1962-ci ildə yerləşdirilib və bu, ABŞ və Sovet İttifaqı arasında nüvə müharibəsi ehtimalını artırıb. Bu gərginlik sovet-amerikan rəqabətini iki ölkə arasında danışıqların başlanğıcına gətirdi və nəticədə Sovet İttifaqının dağılmasına səbəb oldu.

Daha çox oxuyun:

Ukraynada nə baş verir? Rusiyanın Ukraynaya hücumunun mahiyyəti nədir? + Xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir