Rusiya xarici işlər naziri İraqın baş naziri ilə görüşüb + FOTO

Çərşənbə 8 Fevral 2023 - 17:33
https://az.iswnews.com/?p=18755

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya xarici işlər naziri Bağdadda İraqın baş naziri ilə görüşüb və ikitərəfli əlaqələrin artırılmasını müzakirə edib.

İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani fevralın 6-da Bağdadda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb və danışıb.

Bu görüşdə Lavrov Rusiyanın Moskva-Bağdad ikitərəfli münasibətlərini davam etdirməyə və müxtəlif sahələrdə genişləndirməyə maraqlı olduğunu vurğulayaraq bildirib:

“Moskva üçün İraqın təhlükəsizliyi və sabitliyi vacibdir. Biz İraqın terrorizmlə mübarizə səylərini və regionda gərginliyin azaldılmasındakı rolunu yüksək qiymətləndiririk”.

İraqın digər ölkələrlə dostluq əlaqələri saxlamaq istəyini ifadə edən Əl-Sudani İraq hökumətinin xarici əlaqələr siyasətinin qarşılıqlı maraqlar və sabit tərəfdaşlıq üzərində qurulduğunu bildirib.

Həmçinin bu görüşdə iki ölkə arasında terrorizm və ekstremizmlə mübarizə sahəsində əlaqə və informasiya koordinasiyasının gücləndirilməsi və davam etdirilməsi vurğulanıb.

Rusiya xarici işlər naziri ilə İraqın baş naziri arasında görüşdən görüntü

Qeyd edək ki, bu görüşdən əvvəl Rusiya xarici işlər naziri “Qanun Dövləti” koalisiyasının rəhbəri, bu ölkənin keçmiş baş naziri Nuri Əl-Maliki ilə görüşüb. Bu görüşdə tərəflər son siyasi və təhlükəsizlik hadisələrini, beynəlxalq və regional problemləri, Moskva-Bağdad ikitərəfli münasibətlərinin gələcəyini nəzərdən keçiriblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir