Wall Street Journal: Tehran və Moskva Rusiyada İran dronları istehsal etmək istəyirlər

Çərşənbə 8 Fevral 2023 - 00:55
https://az.iswnews.com/?p=18734

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir Amerika qəzeti Tehran və Moskva rəsmilərinin Rusiyada İran dronlarının istehsalı mərkəzinin tikintisini planlaşdırdığını elan edib.

“The Wall Street Journal” naməlum mənbələrə istinadən iddia edib ki, Tehran və Moskva Rusiyada 6 min dron istehsal etmək gücünə malik İran dronları istehsalı mərkəzi tikməyi planlaşdırır.

Bu qəzetin iddiasına görə, İranın yüksək rütbəli nümayəndə heyəti yanvarın əvvəlində Rusiyaya səfəri zamanı bu mərkəzin tikinti sahəsinə baş çəkib və bu layihənin işə salınması ilə bağlı detalları nəzərdən keçirib.

Bununla bağlı daha ətraflı məlumat verilməsə də, bu mərkəzdə istehsal olunacaq dronların xüsusiyyətləri ilə əlaqədar, bu dronların kamikadze tipli və daha yüksək sürətə sahib olacağı açıqlanıb. Buna səbəb isə, Ukrayna ordusuna aid HHM qüvvələrinin onlarla mübarizə apara bilməməsi məqsədinə çatmağın olduğu bildirilib.

Son aylarda Ukrayna rəsmiləri İranın Rusiyaya yüzlərlə dron, o cümlədən Şahid-136 kamikadze dronları tədarük etdiyini və Rusiya ordusunun bu dronlardan istifadə etməklə Ukrayna ərazisində mühüm infrastruktur obyektlərini hədəfə aldığını iddia edən sənədlər yayımlayıblar.

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna rəsmilərinin bəyanatlarını təkzib edərək bir neçə müddət öncə deyib: “Biz Ukrayna rəsmiləri tərəfindən dronların Rusiyaya göndərilməsi məsələsi ilə bağlı əsassız ittihamlara dəfələrlə cavab vermişik. Bir daha vurğulanır ki, İran İslam Respublikası heç bir hərbi texnikasını Ukrayna müharibəsində istifadə üçün heç bir tərəfə ixrac etməyib”.

Daha çox oxuyun:

Ukrayna ordusu: Rusiya İranın hücum dronlarından istifadə edib!

İranın radardan yayınan dronları niyə təhlükəlidir və Ukrayna niyə yaxın gələcəkdə xoşagəlməz xəbərlər gözləməlidir?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir