Bəhreynin yüksək rütbəli rəsmisi İranı təhdid etdi

Çərşənbə axşamı 7 Fevral 2023 - 16:38
https://az.iswnews.com/?p=18694

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bəhreyn Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran İslam Respublikasını ittiham edərək, İranla qarşıdurma üçün bütün variantlara hazır olduqlarını bəyan edib.

Bəhreyn Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Xəlifə Bin Əhməd Aali-Xəlifə İran İslam Respublikasını təhdid edərək deyib: “Biz (Fars) körfəzindəki ölkələrimizə qarşı davamlı təhdidlər və terrorizmə görə İran rejiminə etibar etmirik”.

O, İranı regionu təhlükəsiz vəziyyətə salmaqda və sabitliyi pozmaqda ittiham edərək bildirib ki, İran düşmənçilik siyasətinə son qoymalıdır.

Yəmənin Ənsarullah hərəkatını terrorçu adlandıran Aali-Xəlifə deyib: “Onlar (Ənsarullah) İranın plan və əmrlərini həyata keçirirlər. Ərəb (Fars) Körfəz Dövlətlərinin Əməkdaşlıq Şurası İranla müxtəlif yollarla üzləşmək iqtidarındadır və biz bütün variantlara hazırıq”.

Bəhreyn Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin cəfəngiyatları, bu ölkənin İsrail rejimi ilə xüsusilə hərbi sahədə əlaqələrinin son aylarda artdığı bir vaxtda, Bəhreyn mediası tərəfindən yayımlanır. Bundan əvvəl sionist rejimin 12-ci televiziya kanalı iddia etmişdir ki, sionist rejim İranın raket təhdidləri ilə mübarizə və erkən xəbərdarlıq strukturunun yaradılması üçün birgə əməkdaşlıq çərçivəsində bəzi Qərbi Asiya ölkələrində, o cümlədən Bəhreyn və BƏƏ-də radarlar yerləşdirib.

Daha çox oxuyun: BƏƏ və Bəhreyndə İsrail radarlarının yerləşdirilməsi!

Qeyd edək ki, Bəhreyn və sionist rejim 2020-ci ilin sentyabrında ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə rəsmi olaraq bir-biri ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Bu razılaşmadan sonra tərəflər arasında müxtəlif səviyyələrdə əlaqələr əhəmiyyətli inkişaf əldə edib və hazırda Bəhreynin paytaxtı İsrail rejiminin rəsmilərinin gediş-gəliş yerinə çevrilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir