Sionistlərin Netanyahu əleyhinə olan etirazları davam edir + FOTO

Bazar 5 Fevral 2023 - 20:50
https://az.iswnews.com/?p=18627

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, on minlərlə sionist, İsrail baş nazirinin ardıcıl beşinci həftədir ki, məhkəmə islahatları proqramına etiraz edir.

Ardıcıl beşinci həftədir ki, işğal olunmuş Fələstinin 40 minə yaxın sakini Təl-Əvivdə Benyamin Netanyahunun kabinetinin siyasətinə etiraz edirlər.

Etirazçılar bir daha İsrailin məhkəmə sistemində islahatlar planına qarşı olduqlarını bildiriblər və Benyamin Netanyahunu İsrailin demokrat yönümlü hökumət orqanlarını zəiflətməkdə ittiham ediblər.

Sionist rejimin keçmiş baş naziri Yair Lapid də “Biz prospektlərdə, Knessetdə və məhkəmələrdə döyüşəcəyik; Biz ölkəmizi xilas edəcəyik, çünki qeyri-demokratik ölkədə həyat dözülməz olacaq”.

İşğal olunmuş ərazilərdə şənbə günləri Netanyahunun kabusuna çevrilib, çünki yüz minlərlə sionist, İsrail rejiminin ifratçı kabinetinin tünd qərarlarına, qeyri-qanuni hərəkətlərinə etiraz əlaməti olaraq prospektlərə çıxır. Onlar etirazları İsrailin yeni kabinetinin tam məğlubiyyətinə qədər davam etdirmək niyyətindədirlər.

Qeyd edək ki, son həftələr işğal olunmuş ərazilərdə İsrail rejiminin baş naziri Benyamin Netanyahunun bəzi qərar və hərəkətlərinə etiraz olaraq təşkil edilən ən böyük etiraz toplantıları keçirilib. Etiraz aksiyaları Təl-Əvivin yeni kabinetinin məhkəmə sistemində islahatlarla bağlı yeni qərarından sonra intensivləşib və indiyədək davam edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir