Fransa ordusu: İranın Yəmənə göndərdiyi silahları ələ keçirdik! + FOTO

Cümə axşamı 2 Fevral 2023 - 17:19
https://az.iswnews.com/?p=18581

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fransa ordusunun xüsusi təyinatlı qüvvələri Oman körfəzində Yəmənin Ənsarullah hərəkatı üçün İran silah və sursat yükü daşıyan gəmini ələ keçirdiklərini iddia ediblər.

Qərb mətbuatının məlumatına görə, 2023-cü il yanvarın 15-də Fransa hərbi gəmisi Yəmən sahillərində İran silahlarını daşıyan gəmini aşkar edərək ələ keçirməyə nail olub. Fransa ordusunun iddiasına görə, bu yükə 23 zireh əleyhinə Dehlaviyye raketi (İranın istehsal etdiyi Kornet versiyası), üç mindən çox Kalaşnikov silahı (Çin versiyası), PKM pulemyotları (Rusiya istehsalı) və 578 min patron daxildir.

ABŞ ordusunun 5-ci donanmasının sözçüsü Tim Havkins (Bəhreyndə yerləşir) təfərrüatları açıqlamadan bu barədə bildirib: “ABŞ ordusu yanvarın 15-də Oman körfəzində İran silahlarının ələ keçirilməsinə kömək edib. Biz və müttəfiqlərimiz son iki ayda 5000-dən çox silah və 1.600.000 güllənin Yəmənə çatmasının qarşısını almışıq”.

Bu gəminin ələ keçirilməsi Amerika ordusu və “153 Qüvvələri” kimi tanınan Qırmızı dəniz və Ədən körfəzindəki beynəlxalq koalisiyanın koordinasiyası ilə həyata keçirilib və bu, Fransanın Yəməndəki proseslərdə daha çox iştirak etdiyini və bu ölkə ordusunun Yəmən sularına qeyri-qanuni daxil olmasını göstərir.
Amerika Terrorçu Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) hesabatına əsasən, son aylarda beynəlxalq koalisiya qüvvələri tərəfindən İranın Yəmənə silah göndərilməsinin qarşısının alınması ilə bağlı dörd əməliyyat həyata keçirilib.

Başlarında Amerika olan Qərb ölkələri iddia edir ki, İran digər ölkələrə, o cümlədən Yəmənə silah göndərməklə regionda sabitliyi pozmağa çalışır. Amerika və Avropa ölkələri öz silahlarını Ukraynaya və vətəndaş müharibəsinə düçar olan ölkələrə göndərərək dünyada qanlı müharibələrə, minlərlə insanın ölümünə səbəb olduğu bir vaxtda bu həyasız iddia təkrarlanır.

Daha çox oxuyun:
İngiltərə İranın Yəmənə göndərdiyi silahları ələ keçirdiyini iddia etdi
Amerika terror ordusu: İranın Yəmənə göndərdiyi silah daşıyan gəmini ələ keçirdik! + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir