İsrail Qəzza zolağına hava zərbələri endirdi + VIDEO və FOTO

Cümə axşamı 2 Fevral 2023 - 16:10
https://az.iswnews.com/?p=18565

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu Fələstin müqavimətinin sionistlər yaşayan Sderot qəsəbəsinə raket hücumuna cavab olaraq Qəzza zolağındakı hədəflərə hücum edib.

Fələstin müqavimətinin sionistlər yaşayan Sderot qəsəbəsinə raket hücumundan sonra İsrail rejiminin ordusuna aid qırıcılar Qəzza zolağının ortasında Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib Əl-Qəssama aid iki bazaya bir neçə raketlə hücum edib. Bu hücumda insan itkisi olmayıb.

Daha çox oxuyun: Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket hücumu edib + FOTO və VİDEO

Sionist Ordusu, Qəzza zolağındakı hədəflərə hücum xəbərini təsdiqləyərək Qəzza zolağında baş verənlərə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.

Həmçinin, sionist rejim ordusu İsrail qırıcılarının Qəzza zolağına səhər tezdən hücumu zamanı Kətaib Əl-Qəssama aid iki silah istehsalı bazasının hədəfə alındığını iddia edib.

Bu hücumlarla eyni vaxtda Fələstin müqavimət dəstələri Qəzza zolağı ətrafındakı sionistlər yaşayan məntəqələrinə doğru 6-dan çox raket atıb, bundan sonra bu bölgələrdə həyəcan sirenləri işə düşüb və raketlərin qarşısını almaq üçün Dəmir Qübbə sistemləri işə düşüb.

İsrailin Qəzza zolağına aviazərbələr endirməsindən bir neçə saat sonra HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam bəyanat yayıb: “Müqavimət hava hücumundan müdafiə qüvvələri bu gün səhər Qəzza zolağında hücumlar zamanı yer-hava raketləri ilə İsrail qırıcılarına cavab verdi”.

Əl-Qəssamdan başqa, Fələstin Mücahidləri Hərəkatının hərbi qolu olan “Kətaib Əl-Mücahidin” də İsrail qırıcılarına “yer-hava” tipli raketlərin atılmasının videosunu yayıb.

Fələstin Mücahidləri Hərəkatının hərbi qolu olan Kətaib Əl-Mucahidinin yayımladığı video

Fələstin müqaviməti artıq altıncı dəfədir ki, İsrail rejiminin hava təchizatlarını hədəfə almaq üçün bu silahdan istifadə edir. Bundan əvvəl 2022-ci il 2 yanvar, 19 aprel, 21 aprel, 4 dekabr və 2023-ci il 27 yanvar tarixlərində fələstinli müqavimət mücahidləri Qəzzə zolağının səmasında sionist rejimin helikopterləri və qırıcıları ilə mübarizə üçün SAM-7 buraxılış qurğularından istifadə etmişdilər.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Fələstin müqavimətinin işğal altında olan Əsqəlan şəhərinə raket hücumuna cavab olaraq İsrail ordusu Qəzza zolağındakı hədəflərə hücum etmişdir.

Sionist ordu Qəzza zolağında Fələstin müqavimət qüvvələrinin mövqelərinə hücumun videosunu yayıb. (1)
Sionist ordu Qəzza zolağında Fələstin müqavimət qüvvələrinin mövqelərinə hücumun videosunu yayıb. (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir