Orta Asiyada baş verən son hadisələr, 1 Fevral 2023

Çərşənbə 1 Fevral 2023 - 20:00
https://az.iswnews.com/?p=18524

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Moləvi Əmir Xan Müttəqi və digər Taliban rəsmiləri İranın Kabildəki səfiri Həsən Kazemi Qominin başçılıq etdiyi İran diplomatik heyəti ilə görüşüb. Vizaların verilməsi sahəsində lazımi rahatlıq və sürəti yaratmaq, ticarət və kənd təsərrüfatı sahələrində yeni tədbirlər, siyasi məsələlər və digər mövzular barədə müzakirələr edilib.

Əfqanıstan:
1- Kapisa:
Yanvarın 25-də Əhməd Məsud qüvvələrinin Kohistanın II Hessa ​​rayonunda yerləşən Xaceha kəndində Taliban silahlılarının postuna hücumu nəticəsində beş Taliban silalısı öldürülüb və yaralanıb.

2- Kabil:
– Yanvarın 26-da Talibanın xarici işlər naziri Moləvi Əmir Xan Müttəqi və digər Taliban rəsmiləri İranın Kabildəki səfiri Həsən Kazemi Qominin başçılıq etdiyi İran diplomatik heyəti ilə görüşüb. Vizaların verilməsi sahəsində lazımi rahatlıq və sürəti yaratmaq, ticarət və kənd təsərrüfatı sahələrində yeni tədbirlər, siyasi məsələlər və digər mövzular barədə müzakirələr edilib. Bu görüşdə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid və bir sıra Taliban Xarici İşlər Nazirliyinin rəsmiləri də iştirak ediblər.

– Yanvarın 30-da Azadlıq Cəbhəsi video yayımlayaraq Kabil şəhərinin üçüncü rayonunda yerləşən Kote Səngi keçid körpüsü yaxınlığında Taliban silahlılarının postunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb və iddia edib ki, bu hücumda altı Taliban silahlısı ölüb və yaralanıb.

3- Nəngərhar:
Yanvarın 28-də naməlum silahlı şəxslər Cəlalabad şəhərinin dördüncü rayonunda əvvəlki hökumətdə Nəngərhar əyalətinin etnik məclisinin sədri Əbdül Malik Məlekzaiyə sui-qəsd təşkil ediblər.

4- Bamiyan:
Yanvarın 28-də yüzlərlə tələbə, mədəni və vətəndaş fəalları və Bamyan şəhərinin sakini etiraz nümayişində ifrat sağçı siyasətçilər tərəfindən İsveç və Hollandiyada Qurani-Kərimin təhqir edilməsini pisləyiblər.

Tacikistan:
1-
Yanvarın 28-də Səudiyyə Ərəbistanının səfiri Vəlid bin Əbdülrəhman Əl-Rəşidan Düşənbədə Tacikistanın xarici işlər naziri Siracuddin Mehrəddin ilə görüşüb, ikitərəfli əlaqələri, onların gücləndirilməsi yollarını və digər ümumi məsələləri müzakirə edib.

2- Yanvarın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Tacikistanın xarici işlər naziri Siracuddin Mehrəddin Daşkənddə keçirilən Regional Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin iclası çərçivəsində görüşərək ikitərəfli əlaqələr, regional məsələlər və beynəlxalq hadisələri müzakirə ediblər.

Pakistan:
1-
Yanvarın 25-də İslamabad polis qüvvələri Pakistanın Təhrik-e-İnsaf partiyasının deputatı Fuad Çaudrini seçkilərə nəzarət təşkilatının rəhbərini və digər hökumət rəsmilərini təhdid etməkdə ittiham edərək həbs edib. Pakistanın Təhrik-e-İnsaf partiyası polisin bu hərəkətini pisləyib və Fuad Çaudrinin azad edilməsini tələb edib.

2- Yanvarın 26-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Daşkənddə keçirilən Regional Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Pakistanın xarici işlər naziri Bilaval Buttu Zardari ilə görüşüb və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib.

3- Pəncab:
– Yanvarın 29-da Pakistanın anti-terror polis qüvvələri terrorçu qruplaşmanın sığınacağına qarşı əməliyyat zamanı Rəhim Yar Xan şəhərində “Əl-Qaidə” terror qruplaşmasının iki üzvünü həbs edib.
– Yanvarın 31-də Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının bir qrup silahlısı Mianvali bölgəsindəki Makarval məhəlləsində polis məntəqəsinə hücum edib. Mianvali Şəhər Kəşfiyyat İdarəsi Makarval polis bölməsinin əməkdaşını məlumatlandırdığı üçün bu hücum polis qüvvələri tərəfindən dəf edilib.

4- Hayber-Paxtunxva:
– Yanvarın 27-də Pakistan ordusunun Şimali Vəziristan bölgəsində yerləşən Mir Əli Təhsil məntəqəsində apardığı kəşfiyyat əməliyyatı nəticəsində üç Təhrik-e-Taliban silahlısı öldürülüb və yaralanıb.
– Yanvarın 29-da Ləşkər-e-Təyyibə və ya Ceyş Məhəmməd terror qruplaşmasının ünsürləri Şimali Vəziristan bölgəsində Dera İsmayıl Xan məntəqəsində yerləşən Koela Qaim Şah və Çah Roşan Vala ərazilərində şiələrin kənd təsərrüfatı məhsullarını yandırdılar.

Hindistan:
1-
Yanvarın 28-də Hindistan ordusuna məxsus iki Sukhoi-30 və Mirage-2000 qırıcı təyyarəsi Morena şəhəri yaxınlığında qəzaya uğrayıb. Sukhoi-30 qırıcısının iki pilotu sağ-salamat tapılıb, lakin Mirage-2000 pilotu həlak olub. Bu iki qırıcının qəzaya uğramasının səbəbləri hələki araşdırılır və çox güman ki, bu iki qırıcı hərbi təlimlər zamanı və ya texniki nasazlıq üzündən toqquşub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir