Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Tehrandakı hadisə ilə əlaqədar bəyanat yaydı

Cümə 27 Yanvar 2023 - 18:28
https://az.iswnews.com/?p=18429

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Hüseyniyyunun rəsmi mənbələrinə istinadən xəbər verir ki, Hüseyniyyun Azərbaycan İslam Müqaviməti bü gün Tehranda Azərbaycan səfirliyində baş vermiş məlum hadisə ilə əlaqədar bəyanat yayıb.

Bəyanatın mətnini olduğu kimi sizə təqdim edirik:

Huseyniyyun Azərbaycan İslam Müqaviməti Azərbaycan səfirliyinə hücum hadisəsi haqqında bəyanat yaydı.

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ

“Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!” (Tur-42)

Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan beynəlxalq sionizm və ingilis kəşfiyyatı öz çirkin hədəfləri üçün mütləq sui-istifadə edəcəkdir.
Hal-hazırda bütün şeytani qüvvələr Azərbaycan xalqının, İran İslam Respublikasının və müqavimətin əleyhinə məkrli və çirkin planlar həyata keçirməkdədir.

Baxmayaraq ki, ilkin istintaq araşdırmaları Azərbaycanın İrandakı səfirliyinə hücumu şəxsi münaqişə zəminində dəyərləndirir, amma fitnəkar şər qüvvələrin bu hadisədən öz çirkin hədəfləri üçün istifadə etmələri ortadadır və onlar iki ölkənin xalqları arasında ixtilaf alovunun pik həddinə çatdırılmasını planlaşdırırlar.

Media müharibəsində düşmənlərin bu hadisədən sui-istifadəsi, qərəzli və təxribatlı təhlilləri göz qabağındadır. Buna görə xalqımızı diqqətli olmağa çağırırıq.

Eyni zamanda bu silahlı basqın hadisəsində iki xalqın düşmənlərinin əlinin olması ehtimalını da nəzərdən qaçırmamalıyıq.

İnsident nəticəsində həyatını itirən Orxan Əsgərovun ailəsinə və yaxınlarına başsağlığı veririk.

Huseyniyyun Azərbaycan İslam Müqaviməti

2023/01/27

Sitatın sonu.

Daha çox oxuyun:
İran İslam Respublikasındakı səfirliyimizə silahlı hücum olunub + FOTO və VİDEO
İranın Xarici İşlər Nazirliyi: “Baş verən hadisəni kəskin şəkildə pisləyirik”.
Seyid Həsən Amili: “Baş verən məlum hadisəni qətiyyətlə qınayırıq”. + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir