Suriyada baş verən son hadisələr, 26 Yanvar 2023

Cümə axşamı 26 Yanvar 2023 - 23:56
https://az.iswnews.com/?p=18397

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hələb vilayətində yerləşən Əl-Bab şəhərinin ətrafındakı Əl-Hədəs kəndi yaxınlığında naməlum dronların hücumu nəticəsində Əhrar əş-Şam terrorçularının komandirlərindən biri “ Səddam Əl-Musa” öldürüldü.

1- Hələb:
– Yanvarın 23-də Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb bölgəsində Rusiya hərbi polis qüvvələri ilə Türkiyə ordusunun birgə patrul xidməti həyata keçirilib.
– Suriya ordusu Hələbin şərqində yerləşən Mənbic bölgəsindəki “Keşiş” kimi tanınan “Əl-Cərrah” hərbi hava limanını Rusiya ordusunun köməyi ilə bir neçə ildən sonra yenidən işə salmağa nail olub.

Daha çox oxuyun: Hələbdə Əl-Cərrah hərbi hava limanı istifadəyə verildi

– Yanvarın 24-də Türkiyə ordusunun iki hərbi karvanı Bab Əs-Səlamə sərhəd keçid məntəqəsindən Suriyanın şimal bölgələrinə daxil olub.
– Yanvarın 25-də Əl-Bab şəhərinin ətrafında yerləşən Əl-Hədəs kəndi yaxınlığında naməlum dronların hücumu nəticəsində Əhrar Əş-Şam terrorçularının “Səddam Əl-Musa” adlı komandirlərindən biri öldürülüb.

2- İdlib:
– Yanvarın 23-də İdlibin cənubunda yerləşən “Əl-Barə” və “Kansafra” məntəqələri ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Yanvarın 21-də Türkiyənin dəstəklədiyi terrorçular Suriya ordusunun Hərazin məntəqəsindəki mövqelərini raket zərbəsi ilə hədəfə alıblar.

3- Dəraa:
– Yanvarın 23-də iki suriyalı dövlət idarəsi əməkdaşı Təsil şəhəri ətrafında naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Yanvarın 21-də Dəraa şəhəri yaxınlığında İŞİD terror qruplaşması ilə əlaqəsi olan şəxslərdən birinin meyiti aşkarlanıb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

4- Deyr əz-Zor:
– ABŞ koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Ömər neft yatağı yaxınlığındakı Əl-Şəhil qəsəbəsində birgə əməliyyat keçirib. Əl-Şəhil şəhərinin tam mühasirəyə alınmasından sonra Amerika koalisiyası və SDQ qüvvələri “Hamid Əl-Midəd” adlı mülki şəxsin evinə basqın edərək onu naməlum səbəblərdən həbs ediblər.

Daha çox oxuyun: Amerika koalisiyası və SDQ qüvvələri Deyr əz-Zorda birgə əməliyyat keçirib

– Yanvarın 25-də İŞİD terror qruplaşmasının ünsürləri səhər tezdən Deyr əz-Zor şəhərinin şərq ətrafının Əl-Həvayic kəndində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus “Əl-Kaziyyə” keçid məntəqəsinə hücum edib. Bu qarşıdurma zamanı SDQ-nin üç qüvvəsi öldürülüb.

Daha çox oxuyun: Suriyanın Deyr əz-Zor vilayətində üç SDQ üzvü öldürülüb + FOTO

5- Raqqa:
Yanvarın 24-də Türkiyə hərbi kəşfiyyat təyyarəsi naməlum səbəbdən Eyn-İsa şəhərinin kənarında qəzaya uğrayıb.

6- Həsəkə:
Yanvarın 26-da Əl-Şəddadi şəhəri ətrafında Əl-Tuffahə kəndində minanın partlaması nəticəsində iki suriyalı uşaq yaralanıb.

7- Quneytərə:
Yanvarın 24-də Quneytərənin cənubunda Ruihineh-Bariqa yolunda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi şəhid olub.

8- Homs:
Yanvarın 25-də ABŞ koalisiya qüvvələrinin komandanı Mitto Makfarleyn Ət-Tənəf bazasında Azad Suriya Ordusu (keçmiş Məğavir Əl-Səvrə) terrorçularının komandanı Məhəmməd Fərid Əl-Qasim ilə görüşüb və söhbət edib.

9- Yanvarın 23-də Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbas İran Silahlı Qüvvələrinin Tehrandakı Baş Qərargahında iştirak edərkən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pasdar Məhəmməd Baqiri ilə görüşüb və müzakirələr aparıb.

Daha çox oxuyun: Suriyanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

10- ABŞ-ın Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) Suriyanın şərqində İŞİD ünsürlərinə qarşı havadan və qurudan əməliyyatlar keçirildiyini açıqlayıb. Bu açıqlamaya görə, İŞİD-in logistika işçilərindən olan “Əbu Həmzə Əl-Suri” ləqəbli “Abdullah Hamid Muslih Əl-Midad” və İŞİD terrorçularının əlaqələndirici qüvvələrindən biri olan “Hisam Həmid Əl-Midad Əl-Xeyr”, Amerika qüvvələri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə əməliyyatı zamanı həbs edilib.

Daha çox oxuyun: CENTCOM: Suriyanın şərqində iki İŞİD üzvünü həbs etdik!

11- Yanvarın 24-də Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbas Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargahında olarkən İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami ilə görüşüb və bəzi məsələləri müzakirə edib. Bu görüşdən sonra Suriyanın müdafiə naziri İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb və söhbət edib.

12- Yanvarın 25-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı əməliyyat bölgələrində Suriya Demokratik Qüvvələrinin 7 üzvünün öldürüldüyünü açıqlayıb.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir