Ənsarullah sındırıcı cavab verdi

Cümə axşamı 26 Yanvar 2023 - 20:33
https://az.iswnews.com/?p=18348

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Qurtuluş Hökuməti (Ənsarullah) istefa vermiş Yəmən hökumətinin iqtisadi təzyiqlərinə cavab olaraq, Əl-Hudəydə limanı vasitəsilə idxal üçün yeni asanlaşdırılmış imkanlar və güzəştlərin artıq icra olunduğunu elan edib.

Səudiyyə koalisiyasının Yəmən xalqına və Qurtuluş Hökumətinə qarşı iqtisadi müharibəsinin davamında Əl-Hudəydə valisi Məhəmməd Əyyaş Qəhim Əl-Hudəydə limanı vasitəsilə tacir və mal idxalçıları üçün 50% endirim kompaniyasının icrasını elan edib. Əl-Hudəydə valisinin sözlərinə görə, tacirlər gecikdirilmiş cərimələrdən azad olmaq zəmanəti ilə rüsumlarının yarısını nağd, digər yarısını isə çek şəklində ödəyə bilərlər.

Tacirləri və idxalçıları yüklərini Əl-Hudəydə vasitəsilə köçürməyə dəvət edərkən, Məhəmməd Əyyaş Qəhim deyib ki, “Hökumət mümkün zərərin xərclərini öz üzərinə götürəcək. Tacirlər mallarını Əl-Hudəydə limanına köçürməklə insanların çətinliklərini azalda bilərlər”.

Bu, Yəmənin istefa vermiş hökumətinin Ənsarullahın Yəmən neftinin qeyri-qanuni ixracının qarşısını almasına cavab olaraq, onun Ali İqtisadi Şurasının qərarı ilə və xarici dövlətlərin, xüsusən də Britaniyanın dəstəyi ilə neft idxalı üçün gömrük dollarının məzənnəsini 2023-cü ildə və onun nəzarətində olan limanlarda 50% artırmanı tətbiq etdikdən sonra baş verib. Bu qərar Ənsarullahın nəzarətindən kənar bölgələrdə əsas malların bahalaşmasına səbəb olub.

Daha çox oxuyun: Yəməndə baş verən son hadisələr, 22 Yanvar 2023

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir