Xocalı soyqırımından 30 il ötür

Şənbə 26 Fevral 2022 - 12:51
https://az.iswnews.com/?p=1830

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi komandası bu münasibətlə bütün əzizlərə başsağlıqı verir və Allahdan şəhidlərimizə rəhmət diləyir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayın dəstəyi ilə Azərbaycan Xocalı şəhərinin əhalisinə qarşı soyqırım aktı həyata keçirmişdir.

Dinc əhalinin qətliamı nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 nəfər şəhid və 487 mülki şəxs aldığı xəsarətlər nəticəsində əlil olmuşdur.

Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülmüşdür; onlardan 150-si nin taleyi hələ də məlum olmamışdır.

Allah şəhidlərə rəhmət eləsin, ailələrinə səbr, qazilər  tezliklə şəfa versin.

Başımız sağ olsun!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir