ABŞ və sionist rejim arasında ən böyük birgə hərbi təlim başlayıb

Çərşənbə axşamı 24 Yanvar 2023 - 20:04
https://az.iswnews.com/?p=18267

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ və sionist rejim bazar ertəsi 2023-cü ildə Qərbi Asiyada ən böyük birgə hərbi təlimə başlayıb.

Amerikanın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) Amerika və İsrail qüvvələrinin işğal olunmuş ərazilərdə və Aralıq dənizinin şərqində “Juniper Oak” (Dağ Palıdı) adlı hərbi dəniz, quru və hava manevrlərinə hər iki tərəfin hazırlıq səviyyəsini artırmaq, sabitlik və regional təhlükəsizlik məqsədi ilə başlaması ilə bağlı bəyanat yayıb.

Bu təlim 6400 Amerika əsgəri, 1100 İsrail əsgəri, 140-dan çox hava təchizatı (4 B-52 strateji bombardmançı təyyarəsi, iki MQ-9 Reaper dronu və 42 İsrail hava təchizatı daxil olmaqla 100 Amerika hava təchizatı), 12 Dəniz bölməsi, raket sistemləri və Corc HW Bush təyyarə daşıyan gəminin iştirakı ilə cümə gününə (27 yanvar) qədər davam edəcək.

İsrail rejimi ordusunun açıqlamasına görə, “İsrail və Amerika hava qüvvələri müxtəlif növ qırıcıların, nəqliyyat təyyarələrinin və dronların istifadəsində əməkdaşlıq və iştirak üçün müxtəlif ssenarilər tətbiq edəcək. Bu təlim İsrail və ABŞ-ın birgə hazırlığını ölçəcək və iki ordu arasında əməliyyat əlaqələrini yaxşılaşdıracaq”.

Bu təlimin başlaması ilə eyni vaxtda Amerikanın CNBC kanalı Amerika hərbi komandirinə istinadən məlumat yayıb:

Bu təlimlərin məqsədi İran kimi düşmənlərə Rusiyanın Ukraynaya hücumunun və Çinin böyük hərbi güc toplamaq təhdidinin Amerikanın diqqətini yayındırmayacağını söyləməkdir”.

Bu təlim Co Bayden hökumətinin İrandakı iğtişaşları dəstəkləməsi və İran rəsmiləri, şirkətləri və təşkilatlarına qarşı yeni sanksiyalar tətbiq etməsi səbəbindən son həftələrdə İran və ABŞ arasında gərginliyin kəskin şəkildə artdığı bir vaxtda başlayıb. Həmçinin Benyamin Netanyahu İsrail rejiminin baş naziri vəzifəsinə gəldikdən sonra İrana qarşı sərt mövqe nümayiş etdirərək, İranın nüvə silahı əldə etmək cəhdlərinin qarşısını alacağını bəyan edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir