Səudiyyə Ərəbistanının ən yüksək hərbi rəsmisi Qırğızıstana səfər edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi Fəyyaz bin Hamid Əl-Ruveyli hərbi nümayəndə heyətinin başçılığı ilə Qırğızıstanın hərbi rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər edib.
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Birgə Qərargah rəisi, general Fəyyaz bin Hamid Əl-Ruveyli Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ilə birlikdə yanvarın 18-də Qırğızıstanın hərbçiləri ilə görüşmək və söhbət etmək üçün bu ölkənin paytaxtı Bişkekə səfər edib.
Bu səfər zamanı Əl-Ruveyli müdafiə naziri general-leytenant Bektibek Bekbalatov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Terdik Bayov və Qırğızıstan Milli Təhlükəsizlik Şurasının müavini Marat Aman Kolov ilə görüşüb və ikitərəfli hərbi, təhlükəsizlik və terrorla mübarizə sahələrində və Mərkəzi Asiya regionunda təhdidlərə cavab olaraq praktiki əməkdaşlıq məsələlərini müzakirə edib. Bu görüşlərdən sonra Əl-Ruveyli Qırğızıstan Silahlı Qüvvələrinin Hərbi İnstitutuna baş çəkib və Qırğızıstan Ordusunun obyektləri, texnikası və hərbi imkanları barədə hesabat alıb.
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi Qırğızıstanda hərbi görüşlər və proqramlar keçirdikdən sonra Qırğızıstanın baş nazirinin müavini və Milli Təhlükəsizlik Baş Komitəsinin sədri Qumşi Beyk Taşif ilə görüşüb, təhlükəsizlik sahəsində ikitərəfli əlaqələri və onları inkişaf etdirmək yolları barədə müzakirə edib. Bu görüşdən sonra onlar Qırğızıstanın “44549” saylı hərbi hissəsində olublar.
Səudiyyə Ərəbistanı hərbçilərinin Qırğızıstana səfəri, Səudiyyə Ərəbistanı ilə Tacikistan arasında yaxın münasibətlər, eləcə də iki ölkə Tacikistan və Qırğızıstan arasında sərhəd münaqişələri baş verdikdən sonra Amerika nümayəndə heyətlərinin bu iki ölkəyə səfəri, bu münaqişələrin birbaşa xarici dövlətlərin rolu və təsiri ilə həyata keçirildiyinə dəlalət edir. Orta Asiya regionunda iğtişaş və gərginliyi saxlamaq Amerika, İsrail və Səudiyyə Ərəbistanının Rusiya, Çin və hətta İranın təsirinə qarşı çıxmaq üçün ümumi və əsas məqsədlərindən biridir.
Daha çox oxuyun:
Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi davam edir; İki ölkənin ölü və yaralıları 350 nəfəri keçib + VİDEO
Qırğızıstan və Tacikistan sülh sazişi imzalayıblar
Rəy