Amerika koalisiyası və SDQ qüvvələri Deyr əz-Zorda birgə əməliyyat keçirib

Çərşənbə axşamı 24 Yanvar 2023 - 16:01
https://az.iswnews.com/?p=18237

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyası və Suriya Demokratik Qüvvələri (SDQ) Əl-Şəhil qəsəbəsində birgə əməliyyat keçirərək bir nəfəri həbs edib.

Amerika koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) yanvarın 23-də Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağının yaxınlığındakı Əl-Şəhil qəsəbəsində birgə əməliyyat keçirib.

Əl-Şəhil qəsəbəsi tam mühasirəyə alındıqdan sonra SDQ qüvvələri qəsəbənin girişlərində və əsas küçələrində yerləşdirilib və Amerika helikopterləri də hava da uçub.

Bu hərəkətlərdən bir neçə dəqiqə sonra Amerika koalisiyası və SDQ qüvvələri “Hamid Əl-Midad” adlı şəxsin evinə basqın edərək, naməlum səbəblərdən onu həbs ediblər.

Qeyd edək ki, dekabr ayında Amerika koalisiya qüvvələri və SDQ Əl-Şəhil qəsəbəsində xüusi əməliyyat keçirib və bu əməliyyat zamanı “Hüseyn Əl-Əllavi Əl-Osman” adlı şəxs həbs edilib.

Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın şərqində Əl-Ömər neft yatağının ətrafında xüsusi əməliyyat həyata keçirib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir