Suriyanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Çərşənbə axşamı 24 Yanvar 2023 - 10:00
https://az.iswnews.com/?p=18227

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın müdafiə naziri Tehrana səfəri zamanı İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb və bəzi məsələləri müzakirə edib.

Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbas dünən yanvarın 23-də Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahında iştirak edərkən İran İslam Respublikasının Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb və müzakirələr aparıb.

General-mayor Baqiri bu görüşdə deyib:

“Suriya Fələstin torpaqlarının işğalının əvvəlindən Fələstini və İslam dünyasını dəstəkləməkdə ön sıralarda olub və bu səbat və müqavimət təqdirəlayiqdir. Bu günə qədər çox gözəl dayanmısınız, müqavimət göstərmisiniz, Allah da sizin köməyiniz olacaq”.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib:

“Sionist rejim Fələstini işğal etdiyi səkkiz onillikdə edə bildiyi bütün cinayətləri törədib və dünya xalqı qarşısında cavab verməlidir, lakin bu belə deyil. Münasibətləri normallaşdırmaq yolunu tutan bəzi ərəb ölkələri Fələstinə, ərəb dünyasına, İslam dünyasına xəyanət etdilər və onlar cavab verməlidirlər.

O, əlavə edib:

“Suriya hökuməti və milləti son 10 ildə başlanan müharibəyə qarşı Allaha şükürlər olsun ki, güclü iradə və mətanətlə mübarizə apararaq öz torpaqlarını qoruyub saxladı, sizi və bütün həmkarlarınızı bu qələbə münasibətilə təbrik edirəm. Allaha şükür ki, Suriya düşmənlərinin planını məğlub edə bildi; Bu plan İslam dünyasını və Qərbi Asiyanı məğlub edə bilərdi ki, bu da böyük vəzifə idi. Biz xalq və hökumət olaraq Suriya ordusu ilə birlikdə bu böyük müharibədə iştirak etməkdən qürur duyur, əziz şəhidlər təqdim edir, terrorla mübarizə və müqavimət aparan şəhidlərin ağası olan Əziz Şəhid Süleymani barəsində baş sağlığı verir, xatirəsini hörmətlə anırıq.

General-mayor Baqiri qeyd etdi:

“Qərbi Asiya bölgəsində təhlükəsizlik bir-birinə bağlıdır və mümkün deyil ki, bir yerdə təhlükə, başqa yerlərdə təhlükəsizlik olsun. Ona görə də bu əməkdaşlıqlar bir-biri ilə əlaqəli təhlükəsizlik səbəbindən davam etməlidir. Allaha həmd olsun, iki silahlı qüvvənin və iki hökumətin əməkdaşlığı iki ölkə arasında tam və hərtərəfli əməkdaşlıq üçün nümunə ola bilər. Bu səbəbdən bir çox hegemon dövlətlər bu əməkdaşlığa qarşı çıxır və onu qəbul etmirlər.

Suriyanın müdafiə naziri də bu görüşdə deyib:

“Dəvətinizi qəbul etmək və Tehranda olmaq bizim üçün şərəfdir, dostluq və qardaşlıq əməkdaşlığına səbəb olsun. Biz qədim zamanlardan düşmənə, terrorizmə qarşı səngərdə vuruşmuşuq. Sionist rejimin qurulmasından bəri Suriya ona qarşı mübarizədə ön sıralarda olub və həmişə müstəqillik uğrunda çalışan təşkilatların və qrupların yanında olub.

General-leytenant Abbas deyib:

“Biz İran İslam Respublikasının yanında olmaqdan qürur duyuruq. İranın böhranın bütün mərhələlərində Suriyanın yanında olduğunu vurğulayırıq.

Suriyanın müdafiə naziri müqavimət cəbhəsini dəstəklədiyi üçün İran İslam Respublikasına təşəkkür edərək, bu dəstəklərin artırılmasını istəyib. Bu görüşdə hər iki tərəf iki ölkə arasında birgə təlim keçirilməsini vurğulayıblar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir