İraq İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək üçün dron almaq niyyətindədir

Çərşənbə axşamı 24 Yanvar 2023 - 09:16
https://az.iswnews.com/?p=18224

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədr müavini sərhəd mühafizə qüvvələrinin büdcəsinin artırılması və keçilməz sərhədlərə nəzarət etmək üçün ölkənin dron alması qərarını açıqlayıb.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının sədr müavini Səkfan Səndi yanvarın 22-də “Əs-Səbah” qəzetinə müsahibəsində deyib:

“Sərhədçilərin xüsusilə şərqdə İranla, şimalda Türkiyə ilə sərhədlərə nəzarətdə problemləri var. İraq sərhədçilərinin daha çox əsgərə, qabaqcıl texnologiyalara, gecəgörmə kameralarına və termal kameralara ehtiyacı var.

O, əlavə edib:

“Hökumət sərhəd keçid məntəqələrində könüllülər cəlb etməklə və qonşu dövlətlərin koordinasiyası ilə yaxşı təchiz olunmuş sərhəd mühafizə qüvvələri yaratmaqla sərhədlərə nəzarəti ələ keçirməyə çalışır. Sərhədçilərin probleminin böyük hissəsi sərhədyanı ərazilərin böyüklüyü və qüvvə çatışmazlığıdır və bu səbəbdən də qüvvələrin və sərhəd zastavalarının sayı artırılmalı, qüvvələr təchiz olunmalıdır.

Səndi vurğuladı:

“İraqın şərq və şimal sərhədlərinin əhəmiyyətli bir hissəsi dağlıq və keçilməz ərazilərdir və bu səbəbdən hamar qərb sərhədləri ilə müqayisədə onlara tam nəzarət etmək çətindir və bu ərazilərdə ixtisaslaşmış və təlim keçmiş qüvvələr yerləşdirilməlidir. Sərhədin mühafizəsinə Sərhəd Qoşunları Komandanlığı rəhbərlik edir. Sərhədçilərin qabaqcıl silahlarla, müasir dronlarla dəstəyə və dağlıq ərazilərdə yeni yolların yaradılmasına ehtiyac var.

Qeyd edək ki, ötən həftə İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari İraqın İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək məqsədi ilə sərhəd bazalarına 6 min köməkçi polis qüvvələrinin yerləşdirildiyini açıqlamışdı. Bununla bağlı Əl-Şəmmari bəyan etmişdir ki, İran və Türkiyə arasında sərhədə nəzarətlə bağlı qərarlar və tədbirlər görülüb, Türkiyə ilə sərhədin saxlanılması, keçid məntəqələrinin tikintisi, kameraların quraşdırılması və sərhəd nəzarəti qüllələrinin tikintisi üçün vəsait ayrılıb.

Daha çox oxuyun: 6 min İraq əsgəri İran və Türkiyə ilə sərhəddə yerləşdirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir