Hələbdə Əl-Cərrah hərbi hava limanı istifadəyə verildi

Bazar ertəsi 23 Yanvar 2023 - 19:45
https://az.iswnews.com/?p=18206

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusu Rusiya ordusunun köməyi ilə Hələb vilayətində yerləşən Əl-Cərrah hərbi hava limanını yenidən təmir edərək rəsmi istifadəyə verildiyini elan edib.

Suriya ordusu Hələbin şərqində yerləşən Mənbic bölgəsindəki “Keşiş” kimi tanınan “Əl-Cərrah” hərbi hava limanını Rusiya ordusunun köməyi ilə bir neçə ildən sonra yenidən işə salmağa nail olub.

Onlayn xəritədə Əl-Cərrah Hava Limanının yerinə baxın

Rusiya ordusu və Suriya xüsusi təyinatlılarının 25-ci diviziyasının iştirakı ilə bu hava limanında açılış mərasimi keçirildikdən sonra Rusiya ordusu, iki Kamov Ka-52 helikopteri, bir Mi-8 helikopteri və bir neçə Buk M2 və Pantsir-S sistemlərini, hava hücumundan müdafiəni gücləndirmək, o cümlədən hava təchizatlarını qorumaq üçün bu hava limanında yerləşdirilib.

Bundan əvvəl terrorçulara yaxın olan bəzi KİV-lər bu hava limanının dron təlim mərkəzi kimi istifadə edilməsi üçün İran İslam İnqilabı Keşikçiləri Korpusuna verildiyini iddia etsə də, mövcud məlumat və sənədlərə görə, bu iddia təkzib olunur.

2013-cü ildə Suriya ordusunun iki aylıq mühasirə və müqavimətindən sonra Əl-Cərrah hərbi hava limanı Əhrar Əş-Şam terrorçularının nəzarətinə keçmişdir. 2014-cü ilin əvvəlində isə İŞİD terror qruplaşmasının Əhrar Əş-Şam terrorçuları ilə münaqişəsindən sonra bu hava limanına nəzarəti ələ keçirə bilmişdir. Nəhayət, 2017-ci ilin may ayında Suriya ordusunun qüvvələri Rusiya ordusunun hava dəstəyi ilə İŞİD terrorçularını darmadağın edərək Əl-Cərrah hava limanına nəzarəti ələ keçirmişdir.

Qeyd edək ki, Əl-Cərrah hava limanı iki strateji şəhər olan Deyr Hafer və Məskənəyə baxır və Hələbin şərq və qərb bölgələrini birləşdirən bir keçiddir. Bu hava limanı ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan ərazilər arasındakı məsafənin çox qısa olması bu hava limanının başqa bir önəm verici xüsusiyyətidir. Bu məsələni nəzərə alsaq, çox güman ki, Türkiyə ordusunun Suriyanın şimal bölgələrində yeni əməliyyatlara başlamasından sonra Əl-Cərrah hava limanı Suriya ordusunun Türkiyə hücumları ilə mümkün qarşıdurmasında mühüm rol oynayacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir