Müsəlman Birliyi Hərəkatının 6 üzvü həbs edilib + FOTO və VİDEO

Bazar 22 Yanvar 2023 - 21:57
https://az.iswnews.com/?p=18177

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Müsəlman Birliyi Hərəkatı Tədqiqat Mərkəzinə istinadən xəbər verir ki, 20 Yanvar günü ilə əlaqədar hərəkatın təşkil etdiyi yürüşdə verilən şuarlar, bəhanə edilərək bu hərəkatın 6 üzvü həbs edilib.

Həbs olunanların adları:
1- Həsən Abbaszadə
2- Nizami Əhməd
3- İmran Məmmədli
4- Tərlan Seyidov
5- Rövşən Əliyev
6- Telman Rəşidov

Qeyd edək ki, ilk dörd nəfərə 30 gün inzibati həbs cəzası verilib.

Müsəlman Birliyi Hərəkatı Tədqiqat Mərkəzinin məsələ ilə bağlı verdiyi açıqlama:

İllərdir şəhidlərin ziyarətində səsləndirilən şüarlar bu il “qanunsuz”, “dini şüar”, “cəmiyyətin narahatlığı” kimi ittihamlarla üzləşməsi əslində bütün məsələnin arxasında fərqli düçüncələrin gizləndiyini aydın göstərir. Əvvəlcə bunun “qanunsuzluğuna” aydınlıq gətirək ki, sosial mediada yer alan bütün yürüşün videolentində bir cümlə olsun qanunla qadağa olacaq söz səslənmir. Belə olan halda qanunsuz nədir? Bəlkə cəmiyyətin narahatlığı? Cəmiyyət “Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız” kəlməsinə narahat olur bəlkə? Öncə deyilən bu cəmin məhdudiyyət altında keçən yürüşü zatən hissə-hissə insanların buraxılması ilə müşahidə olunurdu ki, bu da hər dəstənin şüar və sözlərinin yaxşı halda öz dairələri qədər məhdudlaşacaqdı. Bir də, axı xalqımız ikinci Qarabağ müharibəsindən şəhid dəfnlərinə qədər rəşadətin anımında bu şüarın söylənilməsini bəlkə minlərə tədbirlərdə nümayış etdirmişdi. Bundan əlavə daha yaxşı deyildimi ki, musiqi sədaları ilə deyil, hər kəs əzizinin dəfnini ilahi şüarlar altında görmək istədiyi kimi şəhidlərimiz də Allah kəlmələri ilə anıla?! Bir də “Biz zülm etmərik, zülmə boyun əymərik” şüari hər bir şəhid ruhunun tərənnüm etdiyi həqiqət olduğu halda dörddən artıq müxtəlif dövlət idarə nümayəndəsinin polis bölmələrinə toplanaraq belə dəhşət saçan narahatlıqlarına səbəb nədir axı? Həqiqətən də qeyd olunan şüarlar hakimiyyəti bu qədər xoflandırır, yoxsa bütün hüququların əsarətə düşdüyü, zəncirləndiyi Azərbaycan gerçəkliyində müstəqillik düşüncəsi hakim dairələrin qorxulu kabusudur? Olmaya islamafob ortam yaradan rejim reallığında İmam Hüseyn (ə) “Biz zülm etmərik, zülmə boyun əymərik” mesajında gizlənən batilin ifşası, “Hüseyn Hüsen şüarımız, şəhadət iftixarımız” şüarındakı rəşadət və nəhayət torpağının müdafiəsi üçün üç şəhid, neçə neçə qazisi olan bir hərəkatın “Şəhidlər özməz, vətən bölünməz” çağırışına niyə bu qədər qıcıqlansın? Son olaraq: İllərdir işgəncə verib olmazın alçaldığıcı addımları müqabilində hərəkatdan uzaqlaşmağı tələb etdiyiniz bu şəxsləri Müsəlman Birliyi Hərəkatına bağlayan sadə bir səbəb: Biz kütlədə immitasiya yaradaraq İslam, illuziya ilə millilik libasına bürünmədik. Bizim söylədiyimiz elə hədəfədiyimiz, hədəflədiyimiz isə elə addığımız addımın tam özüdür. Hərəkatın hər bir fərdini MBH yə bağlayan da budur.

Müsəlman Birliyi Hərəkatı Tədqiqat Mərkəzinin yürüşdən yayımladığı video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir