Sionist rejimin ölkəmizdə olan rəsmi heyətinin səfəri başa çatıb + FOTO

Cümə 20 Yanvar 2023 - 00:47
https://az.iswnews.com/?p=18064

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist rejimin Tacikistan və Özbəkistandakı səfiri Zehavit Ben Hillel Azərbaycana 3 günlük səfərinin başa çatdığını elan edib.

Bu səfərdən məqsəd, sionist rejimin Avrasiya ölkələrindəki səfirlərinin bu il Bakıda keçirilən illik konfransında iştirak etmək idi.

Sözügedən konfrans sionist rejimin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun-nun sədrliyi ilə keçirilib.

Bu konfransın iştirakçıları xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb söhbət ediblər. Keçirilən görüşü ölkəmizlə İsrail arasında dostluğun və möhkəm əlaqələrin əsl əlaməti hesab ediblər.

Aliza Bin Noun, Simona Halper (sionist rejimin Xarici İşlər Nazirliyinin Avrasiya və Balkanlar üzrə baş direktoru), rejimin Avrasiyadakı səfirləri və bəzi digər İsrail rəsmiləri hökumət rəsmilərinin səmimi qonaqpərvərliyinə görə minnətdarlıqlarını bildiriblər.

C.Bayramov tvit yazmaqla bu konfransın iştirakçıları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi barədə məlumat verib və ölkəmizlə sionist rejim arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsini vurğulayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir