İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 Yanvar 2023

Cümə axşamı 19 Yanvar 2023 - 19:53
https://az.iswnews.com/?p=18042

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücumu nəticəsində 2 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Bu gün yanvarın 19-da səhər saatlarında sionist rejim qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsinə hücum edib və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib.

Sionist qüvvələri ilə Fələstin müqavimət qüvvələri arasında atışma zamanı “Cavad Fərid Bəvaqinə” (57 yaş) və “Ədhəm Məhəmməd Basim Cəbarin” (28 yaş, Kətaib Şühəda Əl-Əqsa qüvvələrindən) adlı iki fələstinli, İsrail əsgərləri tərəfindən güllələnərək şəhid edilib, bir neçə nəfər isə ağır yaralanıb. Bu toqquşmalar zamanı iki İsrail əsgəri də yaralanıb və xəstəxanaya aparılıb.

Bu toqquşmalar İsrailin “Yedioth Ahronoth” qəzetinin yazdığı bir hesabatla eyni vaxtda baş verib. Hesabatda deyilir: “İordan çayının qərb sahili Ordunun Baş Qərargahının yeni rəisi üçün əsas problemdir. İordan çayının qərb sahilində hücumlar və əməliyyatlar artır. Daha çox narahatlıq yaradan fələstinli dəstələrin əməliyyatları ilə müqayisədə təyin etmək, izləmək və nəzarət etməyi çətin olan fələstinlilərin fərdi əməliyyatlarıdır.”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir