Sionist Rejiminin yeni sifarişlərlə dolu heyətinin Azərbaycana səfəri + FOTO

Çərşənbə 18 Yanvar 2023 - 01:57
https://az.iswnews.com/?p=17979

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İşğalçı İsrail Rejimi Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmiləri ilə görüşüblər.

Ötən gün 17 yanavar tarixində Hikmət Hacıyev İşğalçı İsrail Rejimi XİN-in siyasi direktoru Aliza Bin Nun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarka ilə görüşüb.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Nun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, – Hikmət Hacıyev qeyd edib.

Görüşdə Azərbaycanın İşğalçı İsrail Rejiminə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib.

Həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İşğalçı İsrail Rejimi Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. İşğalçı İsrail Rejiminin nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İşğalçı İsrail Rejiminin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub.

Görüş zamanı, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən Azərbaycan və İşğalçı İsrail Rejimi arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan və İşğalçı İsrail Rejimi arasında diplomatik münasibətlərin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

Nazir işğal olunmuş torpaqlarda Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda Azərbaycanın səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək, İşğalçı İsrail Rejiminin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin bu rejimin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib. Aliza Bin Nun İşğalçı İsrail Rejimi və Azərbaycan hökuməti arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İşğalçı İsrail Rejim tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan və İşğalçı İsrail Rejimi arasında yüksək səviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.

“Qonaqpərvərliyə görə xarici işlər naziri Ceyhun Bayramova çox təşəkkür edirəm. Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir, bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”, – Aliza Bin Nun bildirib.

Sonda qeyd edək ki, Azərbaycan və İşğalçı İsrail Rejimi arasında ötən aylarda baş verən görüşlər nəzərə alınarsa, belə bir görüşlərdən az sonra ölkəmizdə kütləvi şəkildə sionistlərə aid tapşırıqların YAP rejimi tərəfindən icrası aydın şəkildə müşahidə olunur.

Daha çox oxuyun:
Bakı ilə Tel-Əviv arasında isti diplomatik münasibətlərə bir baxış
İşğalçı İsrail səfiri: “İran rejiminin ən böyük qurbanı onun xalqıdır”
Azərbaycan – Amerikanın İran əleyhinə potensial məxfi silahı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir