SDQ qüvvələri və Amerika koalisiyasının Həsəkədə birgə hərbi təlimi baş tutub

Çərşənbə axşamı 17 Yanvar 2023 - 17:01
https://az.iswnews.com/?p=17947

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika koalisiyası ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) birgə hərbi təlimi ilk dəfə olaraq Suriyanın Həsəkə şəhərinin cənubunda keçirilib.

Yanvarın 16-da Suriya Demokratik Qüvvələri Amerika koalisiyasının bir sıra zabit və qüvvələrinin iştirakı ilə Həsəkə şəhərinin cənubunda yerləşən “Ğuveyran” məhəlləsində hərbi təlim keçirib.

Bu təlimin mülki yaşayış binaları arasında keçirilməsi, vətəndaşlarda qorxu və panikaya səbəb olub. Bu, SDQ qüvvələri ilə Amerika koalisiya qüvvələrinin Həsəkə şəhərinin cənub məhəllələrində ilk birgə təlimidir. Bu təlimin məqsədlərindən biri də Əs-Sənaə həbsxanasını qorumaq və keçmiş insident və hücumların qarşısını almaq üçün qüvvələrin hazırlığını artırmaqdır.

Bu təlimlə eyni vaxtda 50 yük maşını da daxil olmaqla Amerika koalisiyasına aid silah və logistika karvanı da Əl-Şəddadi bazasına daxil olub. Əl-Şəddadi strateji bazası Həsəkənin cənub ətrafında yerləşən Əl-Cəbsə neft yataqlarında yerləşir və Amerika koalisiyasının ən mühüm silah və yanacaq anbarlarından biri hesab olunur.

Qeyd edək ki, 2022-ci il yanvarın 20-də axşam saatlarında İŞİD ünsürləri Həsəkə şəhərinin Ğuveyran məhəlləsində yerləşən Əs-Sənaə həbsxanasına hücum edərək Suriya Demokratik Qüvvələri (SDQ) ilə toqquşub. Bir həftədən artıq davam edən bu toqquşmalar nəticəsində azı 246 İŞİD üzvü, 79 SDQ qüvvəsi və 7 mülki şəxs öldürülmuş, bir neçə İŞİD komandiri və ünsürü bu həbsxanadan qaça bilmişdir.

Daha çox oxuyun: Həsəkədə qarşıdurmalara son qoyuldu; Kürd silahlıları Əl-Sənaə həbsxanasına nəzarəti ələ keçirib + Video

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir