Kətaib Əl-Qəssam əsir götürülmüş İsrail əsgərinin yeni videosu yayımladı + VİDEO

Çərşənbə axşamı 17 Yanvar 2023 - 16:46
https://az.iswnews.com/?p=17942

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolu Kətaib Əl-Qəssam müqavimət dəstəsi İsrail ordusunun Qəzzada sionist əsirləri azad edə bilməməsinə işarə edərək, əsir götürülmüş İsrail əsgərinin yeni videosunu yayımlayıb.

Fələstinin Həmas hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssam yanvarın 16-da Sionist rejimin ordusu Baş Qərargahının keçmiş və yeni rəislərinin andiçmə mərasimi ilə eyni vaxtda, keçmişdə əsir götürülmüş sionist əsgər Avraham Manqestunun videosunu yayımlayıb.

Əl-Qəssam Herzi Haleviyə ünvanladığı mesajda deyib: “Ordu Baş Qərargahının keçmiş rəisi Aviv Koxavi, iddialarına baxmayaraq, sionist əsirləri azad edə bilmədi və bu gün onun canişini bu uğursuzluğa və onun davamına hazır olmalıdır.”

Kətaib Əl-Qəssam kölgə bölməsi (media bölməsi) tərəfindən yayımlanan videoda əsir götürülmüş sionist əsgər özünü təqdim edərkən deyib: “Bu qədər illərin iztirab və ağrılarından sonra mən və dostlarım nə qədər əsirlikdə qalacağıq?”

Kataib Əl-Qəssamın bu videonu yayımlaması israillilərin geniş reaksiyasına səbəb olub. İsrailli hərbçi əsirin ailəsi bəyanat yayıb: “Biz bu videonu bir neçə dəfə nəzərdən keçirdik və bu, onun hələ də sağ olduğunu göstərir. İsrail Nazirlər Kabineti onun evinə qaytarılması üçün hərəkətə keçməlidir. Biz onu bir neçə illik əsirlikdən sonra ilk dəfə olaraq gördük.”

Bu israilli əsirdən başqa, Kətaib Əl-Qəssam 2014-cü ildə İsrailin Qəzzaya hücumundan sonra “Hadar Golden”, “Hişam Əl-Seyyid” və “Şaul Aron” adlı daha üç sionist əsgəri əsirlikdə saxlayıb. 2022-ci il İyulun 31-də Kətaib Əl-Qəssam “Hadar Golden” və “Şaul Aron”un şəkillərini “Hökumətiniz yalan danışır” başlığı ilə yayımlamışdır.

Bu video “Hadar Golden” əsirliyinin səkkizinci ildönümü ərəfəsində yayımlandı.

Daha çox oxuyun: Əl-Qəssam taborları tərəfindən əsir götürülmüş iki İsrail əsgərinin şəkli paylaşıldı

Qeyd edək ki, dünən sionist rejimin Baş Qərargah rəislərinin andiçmə və təqdimat mərasimi Baş nazir Benyamin Netanyahu, Müdafiə Naziri Yoaf Qalant, İsrail Ordusunun Baş Qərargahının yeni rəisi Herzi Halevi və İsrail Ordusunun Baş Qərargahının keçmiş rəisi Aviv Koxavinin iştirakı ilə keçirilib.

Halevi fəaliyyətinə İsrail ordusunun baş qərargahının yeni rəisi kimi general rütbəsinə yüksəlməklə başlayıb.

Əsir götürülmüş sionist hərbçi Avraham Manqestunun videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir