6 min İraq əsgəri İran və Türkiyə ilə sərhəddə yerləşdirilib

Bazar 15 Yanvar 2023 - 23:18
https://az.iswnews.com/?p=17901

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın daxili işlər naziri İraqın İran və Türkiyə ilə sərhədlərinə 6 min köməkçi polis qüvvələrinin yerləşdirildiyini açıqlayıb.

İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari İraqın İran və Türkiyə ilə sərhədlərinə nəzarət etmək məqsədi ilə sərhəd bazalarına 6 min köməkçi polis qüvvələrinin yerləşdirildiyini açıqlayıb.

O, bununla bağlı deyib:

“İran və Türkiyənin sərhəd nəzarəti ilə bağlı qərar və tədbirlər qəbul edilib, Türkiyə ilə sərhədin saxlanılması, keçid məntəqələrinin tikintisi, kameraların quraşdırılması və sərhəd nəzarət qülləsinin tikintisi üçün büdcə ayrılıb. İraqın sərhədləri qırmızı xəttdir. Sərhədlərə nəzarətdə səhlənkarlıq etməyəcəyik.”

İraq və Türkiyə arasında koordinasiyaya toxunan Əl-Şəmmari bəyan edib ki, Türkiyə hakimiyyəti bu ölkə ilə sərhəddə nəzarət-buraxılış məntəqələri tikmək üçün 17 yer müəyyənləşdirib. Çətin və dağlıq olmasına baxmayaraq, sərhəd zolağına nəzarət etmək üçün Türkiyə ilə koordinasiya edirik.

İraqın daxili işlər naziri bildirib ki, Bağdad və Kürdüstan bölgəsi arasında sərhəd nəzarəti ilə bağlı koordinasiya mövcuddur.

O, əlavə edib:

“Peşmərgə qüvvələri sərhəd nəzarəti əməliyyatının bir hissəsidir və sərhəd qüvvələrinin komandanlığı ilə peşmərgə arasında koordinasiya üçün mərkəz yaradılıb.”

Xatırladaq ki, dekabrın 4-də İraq Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Rəsul, İraqın baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin Türkiyə və İranın sərhəd mühafizəçiləri tərəfindən sıfır sərhəd bölgələrini nəzarətə götürülməsi barədə əmr verdiyini açıqlamışdı. Bu qərar İranın İraq hakimiyyətinə ciddi xəbərdarlıqlarından və İran silahlı qüvvələrinin Kürdüstan bölgəsindəki terror qruplaşmalarının mövqelərinə hücumlarından, həmçinin İraqın baş nazirinin İranın yüksək vəzifəli rəsmiləri ilə görüşündən bir müddət sonra qəbul edilmişdir.

Daha çox oxuyun: İraqın İran və Türkiyə ilə sərhəddə hərbi yerləşdirmə planının təfərrüatları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir