Suriyanın Deyr əz-Zor vilayətinin hava limanında İran dronları yerləşdirilib + FOTO

Bazar 15 Yanvar 2023 - 22:36
https://az.iswnews.com/?p=17888

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin bir araşdırma mərkəzi peykdən çəkilmiş görüntünü yayımlayaraq, İrana məxsus dronların Deyr-əz-Zor hava limanında yerləşdirildiyini iddia edib.

İsrailin ALMA Araşdırma Mərkəzi Deyr-əz-Zor hava limanının peyk görüntüsünü dərc edərək, bu hava limanında ən azı bir İran dronunun yerləşdirildiyini iddia edib.

Mühacir-6 dronu Deyr-əz-Zor hava limanında

Bu iddia, Mühacir-6 dronunun Deyr-əz-Zor əyalətində istifadəsi, fəaliyyəti və ya yerləşdirilməsi ilə bağlı heç bir xəbər dərc edilmədiyi halda edilir, lakin Alma tərəfindən yayımlanan görüntüyə əsasən, ən azı bir Mühacir-6 döyüş kəşfiyyat dronunun Deyr-əz-Zor hava limanında yerləşdirildiyi görünür.

Mühacir-6 döyüş kəşfiyyat dronu İran İslam Respublikası Müdafiə Nazirliyi tərəfindən istehsal olunan orta səviyyəli drondur. Bu dron Qaim seriyalı bombaları, raketləri və Sədid silah ailəsinin raketlərini, Almas raketlərini və Hydra raketlərini daşımaq qabiliyyətinə malikdir ki, bu da bu drona yüksək zərbə endirmə gücü verir.

Daha çox oxuyun: Hərbi Məlumat: Mühacir-6 Döyüş Kəşfiyyat Dronu

Mühacir-6-nın İranın ən uğurlu ixrac dronu olduğunu nəzərə alsaq, çox güman ki, bu dron Suriya ordusu və ya Deyr əz-Zorda İranın dəstəklədiyi müqavimət dəstələri tərəfindən istifadə ediləcək.

Ötən ilin yanvarında bəzi regional və beynəlxalq KİV-lər Deyr əz-Zor əyalətində yerləşən Əl-Mayadin sahələrində müqavimət dəstələri tərəfindən “Əbabil-3” dronunun sınaqdan keçirilməsi və uçuşu barədə məlumat yayımlanmışdır, lakin hələlik İranın Deyr əz-Zor əyalətində dronlarla bağlı fəaliyyəti haqqında təfərrüatlar nəşr olunmayıb.

Suriyadan başqa, Alma İsrail Araşdırma Mərkəzi Qeşm adasında Mühacir-6 dronu və İranın Sistan və Bəlucistan əyalətinin Kanarak rayonunda Əbabil-3 kəşfiyyat dronunun yerləşdirilməsinin iki görüntüsünü dərc edib.

Maraqlı bir məqam Kanarak rayonunda Əbabil-3 kəşfiyyat dronunun yerləşdirilməsinin fotosudur. Alma İsrail Araşdırma Mərkəzi bu dron ilə bağlı İslam Dünyası Xəbərlərinin yayımladığı posterindən istifadə edib. Təbii ki, loqotipi silmək şərti ilə…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir