Mərakeş və İspaniyada İŞİD şəbəkəsi məhv edilib

Şənbə 14 Yanvar 2023 - 19:47
https://az.iswnews.com/?p=17837

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi İspaniya hökumətinin koordinasiyası ilə İŞİD terror qruplaşmasına bağlı şəbəkənin məhv edildiyini açıqlayıb.

Çərşənbə günü, yanvarın 11-də Mərakeş Daxili İşlər Nazirliyi yaydığı bəyanatda İspaniya hökumətinin koordinasiyası ilə İŞİD terror qruplaşmasına bağlı şəbəkənin müəyyən edilərək məhv edildiyini açıqlayıb. Bu açıqlamaya görə, bu şəbəkə Sahil məntəqəsindəki İŞİD ünsürlərinə qoşula bilmədiklərinə görə, təbliğat fəaliyyətlərini Mərakeş və İspaniyaya yönəltmiş üç nəfərdən ibarət olub.

Mərakeş Daxili İşlər Nazirliyi bu ünsürlərdən birinin Mərakeşin mərkəzində yerləşən Estoque Ait Baha şəhərində, digər iki ünsürün isə İspaniyanın Almeriya şəhərində həbs edildiyini bildirib.

Qeyd edək ki, Mərakeş müxtəlif vaxtlar ərzində terror şəbəkələrinin məhv edilməsi ilə bağlı xəbərlər dərc edir və terrorla mübarizə strategiyasına uyğun olaraq 2003-cü ildən bəri 200 terror şəbəkəsini aşkar edərək məhv etdiyini bildirir.
Həmçinin, ötən illərdə İspaniyada İŞİD-ə bağlı şəbəkələr müxtəlif fəaliyyətləri, o cümlədən gizli media və təbliğat fəaliyyətini öz gündəmlərinə qoymuşdular. Bu fəaliyyətlər arasında İŞİD-in media materiallarını ispan dilinə tərcümə edən və bəzən İŞİD-i dəstəkləyən səsli bəyanatlar dərc etdirən “Montaser” adlı media qrupu da var idi. Bu qrup bir dəfə öz silahlı qüvvələrinin İspaniya meşələrinin mərkəzində təlim keçdiyi videosunu yayımlamışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir